main-post-cover

    iPhone X-in satışına daha tez son qoyulacaq

    Elm & Texnologiya
    21.01.2018
    Farid Pardashunas
     “KGI Securities” şirkətindən olan analitik Ming-Chi Kuo-nun fikrincə “Apple” şirkəti iPhone X-in satışına daha tez son qoyacaq.
    Bu barədə Ubergizmo saytı xəbər verib. Qeyd etmək lazımdır ki, adətən şirkət bir model smartfonu bir neçə il ərzində satışda saxlayır və yeni modelin satışa çıxması ilə köhnə modelin satış qiymətini tədricən aşağı salır. Lakin məlumata əsasən bu il şirkət öz tarixində ilk dəfə bir smartfon modelini vaxtından tez satışdan çıxardacaq. Güman olunur ki, iPhone X-in mağazalardakı satışına bu ilin yay fəslində son qoyulacaq. Yəni cihazın təkmilləşdirilmiş modelinin təqdimatından bir neçə müddət öncə. Bu, şirkət tarixində ilk hal olacaq ki, köhnə model aşağı qiymət göstəricisi ilə alıcılara təklif olunmayacaq. Ming-Chi Kuo-nun bu hesabatı şayiələr əsasında formalaşıb. Buna görə də həmin məlumatı düzgün hesab etmək lazım deyil. Lakin buna baxmayaraq sözügedən analitik “Apple” şirkəti və digər istehsalçıların məhsulları ilə bağlı düzgün proqnozları ilə məşhurdur. Belə ki, o, Face ID barəsində məlumatı hələ 2017-ci ilin Yavar ayında vermişdi. Yəni iPhone X-in təqdimatından 9 ay öncə.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər