main-post-cover

    iPhone X- üçün ilk uğurlu jailbreak versiyası yazıldı (VİDEO)

    Elm & Texnologiya
    11.11.2017
    Farid Pardashunas
    iPhone X-in satışlarına 1 həftə bundan öncə start verildi. Lakin Cənubi Koreyada yeni cihaza necə jailbreak yazılması məlum oldu.
    Bu barədə Cult of Mac saytı xəbər verib. 9-10 Noyabr tarixlərində Seulda keçirilmiş POC2017 adlı kibertəhlükəsizlik tədbirində iPhone X-də iOS 11.1.1 əməliyyat sistemi üçün nəzərdə tutulmuş işlək jailbreak versiyası təqdim olunub. Təqdim olunmuş videoda görmək olar ki, KeenLab-dan olan hacker Liang Chen necə jailbreak prosesini yerinə yetirir.
    Sözügedən jailbreak çox güman ki, açıq mənbə kimi hamıya təqdim olunmayacaq. Bununla belə jailbreak cəmiyyəti üçün bu mühüm xəbərdir. Əvvəllər iOS üçün jailbreak nəsə adi bir şey idi. Lakin sonuncu iOS versiyası üçün “Apple” şirkəti əlavə təhlükəsizlik tədbirlərindən istifadə edib.
    Buna baxmayaraq əməliyyat sistemində hələ də boşluqlar var və həmin boşluqlar sayəsində hackerlər Face ID texnologiyasını və ya iPhone X-in digər sistem özəlliklərini ələ keçirə bilərlər. Qeyd etmək lazımdır ki, şirkət əməkdaşları artıq jailbreak-dən xəbərdardırlar və növbəti sistem yenilənməsində bu jailbreak sistemi çox güman ki, çalışmayacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər