main-post-cover

    iPhone SE 2-nin render fotoları təqdim olundu

    Elm & Texnologiya
    10.10.2019
    Farid Pardashunas
        Artıq bir çox mənbələr xəbər veriblər ki, Apple şirkəti iPhone SE-nin davamçısı üzərində çalışır. İndi isə internetdə həmin smartfonun ilk render fotoları ortaya çıxıb. Bu barədə Igeekphone saytı xəbər verib. Nüfuzlu analitik Ming-Chi Kuo bildirib ki, iPhone SE 2 modeli iPhone 8-in dizaynını əldə edəcək. Təqdim olunmuş render fotolarından da görmək olar ki, iPhone SE 2 modeli yuxarı və aşağı hissələrdən qalın çərçivələrə və fiziki Home düyməsinə sahib olacaq. Həmçinin Home düyməsinə Touch ID texnologiyası da inteqrasiya ediləcək.
        Smartfonun arxa panelində bir ədəd kamera modulu yerləşdirilib. Məlumata əsasən smartfonun bir ədəd arxa kameraya sahib olacağına baxmayaraq o, müasir smartfonların kameraları kimi yüksək keyfiyyətli fotolar çəkə biləcək. Köhnə dizayn ilə birlikdə iPhone SE 2 tamamilə yeni texnki göstəricilər də əldə etməlidir. Söhbət, iPhone 11 modelinin sahib olduğu A13 prosessorundan gedir. Bununla yanaşı smartfonun 4.7 düym LCD ekran, 3 GB RAM və Lightning girişi ilə təchiz olunacağı da gözlənilir. Ming-Chi Kuo-nun proqnozlarına əsasən iPhone SE 2 modeli 2020-ci ilin birinci rübündə satışa çıxacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər