main-post-cover

    iPhone SE 2 haqqında yeni məlumatlar verildi

    Elm & Texnologiya
    25.10.2019
    Farid Pardashunas
        Məşhur analitik Ming-Chi Kuo, iPhone SE 2 barəsində məlumatlar təqdim etməyə davam edir. Yeni məlumatda o qeyd edib ki, iPhone SE 2-nin irimiqyaslı istehsalına gələn ilin əvvəlində start veriləcək. Bu barədə Macrumors saytı xbər verib. Smartfonun 2020-ci ilin birinci rübünün sonunda satışa çıxacağı gözlənilir.
        Bununla yanaşı analitik qeyd edib ki, iPhone SE 2-də maye kristallik antenlərdən istifadə olunacaq. Bu antentlər isə öz növbələrində naqilsiz məlumat ötürülməsini daha da yüksək səviyyəyə çatdıracaqlar. Son məlumat sızıntılarına əsasən iPhone SE 2 xarici görünüşcə iPhone 8-ə bənzəyəcək və 4.7 düym ekrana sahib olacaq. Bununla yanaşı onun A13 Bionic prosessoru, 3 GB RAM və Touch ID texnologiyası ilə təchiz olunacağı da güman edilir. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər