iPhone SE 2 gələn ay təqdim oluna bilər
Elm & Texnologiya
21.04.2018
Farid Pardashunas
Apple şirkəti iPhone SE 2 modelini gələn ay təqdim edə bilər.
Bu barədə Global Sources Mobile Electronics sərgisində iştirak etmiş qoruyucu
keys istehsalçısı Yaponiyanın Mac Otakara saytına xəbər verib. Qoruyucu keyslərin
istehsalı ilə məşğul olan şirkətin verdiyi məlumata əsasən yeni iPhone SE
orijinal modelin ölçüsünü özündə qoruyub saxlayacaq. Smartfon həmçinin 4 inç
ekran və Touch ID texnologiyası ilə təchiz olunacaq. Smartfonun arxa paneli şüşədən
hazırlana bilər. Bu isə o deməkdir ki, iPhone SE 2 naqilsiz şarj
texnologiyasını dəstəkləyə bilər. Bundan əlavə olaraq şirkət bildirib ki,
smartfonda 3.5 mm-lik audiogiriş olmayacaq və o, A10 Fusion prosessoru ilə təchiz
olunacaq. Təqdimatın May ayında baş tuta biləcəyi qeyd olunub.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Huawei Pura 70 və Pura 70 Pro təqdim olunublar - QİYMƏTİ
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək