main-post-cover

    iPhone'lara tələbatın azalması, Apple şirkətinin əməkdaşlıq etdiyi şirkətlərə təsir edib

    Elm & Texnologiya
    07.01.2019
    Orxan Jafarli
        iPhone smartfonlarına tələbatın azalması öz növbəsində bu smartfonlar üçün komponent istehsalçılarının maliyyə vəziyyətlərinə ciddi təsir göstərib. Bu barədə CNBC saytı xəbər verib. Məsələn iPhone kameraları üçün obyektivlərin istehsalı ilə məşğul olan və Tayvanda fəaliyyət göstərən Largan Precision şirkətinin səhmləri 9.4% aşağı düşüb. Şirkət 2017-ci ilin noyabr ayı ilə müqayisədə 2018-ci ilin noyabr ayı üçün satışların 28.57% aşağı düşdüyünü bildirib.
        Apple şirkətinin əməkdaşlıq etdiyi əsas şirkətlərdən biri olan Pegatron-un səhmləri 5.3% aşağı düşüb. Qeyd etmək lazımdır ki, bir neçə müddət bundan öncə Nikkei saytı xəbər vermişdi ki, Pegatron şirkəti iPhone ilə əlaqəli olmayan məhsullarının istehsalını 6 ay ərzində Çindən İndoneziyaya keçirtmək istəyir. Bunun əsas səbəbi isə ABŞ-ın Çin istehsalı məhsullara yüksək dərəcədə təyin etdiyi vergilərdir. iPhone-lara tələbatın azalması digər bir məşhur şirkətə də təsir edib. Söhbət, Foxconn-dan gedir. Belə ki, Foxconn-un səhmləri 3.6% aşağı düşüb. Reuters saytının məlumatına əsasən isə Foxconn Vyetnamda iPhone istehsalını planlaşdırır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər