iPhone 9-un (iPhone SE 2) təqdimat tarixi məlum oldu

iPhone 9-un (iPhone SE 2) təqdimat tarixi məlum oldu

Texnologiya
23.01.2020 PAYLAŞIM

    iPhone SE-nin davamçısının hansı ada sahib olacağı barəsində məlumatın ortaya çıxmasından sonra internetdə həmin smartfonun təqdimat tarixi barəsində məlumat da ortaya çıxıb. İnsayderlərin məlumatlarına əsasən iPhone SE-nin davamçısı olacaq iPhone 9-un təqdimatı üçün sentyabr ayını gözləməyə ehtiyac yoxdur. Belə ki, smartfon daha tez təqdim ediləcək.

    Bu barədə Bloomberg saytı xəbər verib. Apple şirkətinə yaxın olan mənbələrə istinadən Bloomberg saytı qeyd edib ki, büdcəli iPhone modelinin istehsalına fevral ayında start veriləcək. Smartfonun təqdimat tədbiri isə artıq mart ayında baş tutacaq. iPhone 9-un müxtəlif komponentlərinin istehsalı ilə Foxconn, Pegatron və Wistron şirkətləri məşğul olacaqlar.

    Şərti adı iPhone 9 olan smartfon 4.7 düym ekran, bir ədəd arxa kamera və ənənəvi Touch ID texnologiyasını əldə etməlidir. Əvvəlki məlumat sızıntılarına əsasən iPhone 9 modeli Apple A13 Bionic prosessoru vasitəsilə çalışacaq və 3 GB RAM ilə təchiz olunacaq. Gözləntilərə əsasən smartfon 64/128 GB daxili yaddaş versiyalarında satışa çıxacaq. 



SİZƏ MARAQLI OLACAQ BİR NEÇƏ MƏLUMAT


Samsung şirkəti One UI interfeysinin dizaynını Windows-un dizaynına bənzədə bilə..

Samsung smartfonlarının əsas özəlliklərindən biri də onların One UI adlı istifadəçi interfeysinə sah..


Huawei şirkəti AppGallery tətbiqlər mağazasının üstünlüklərindən danışdı..

Huawei şirkəti HMS ekosisteminə (Huawei Mobile Services) daxil olan və Google servislərinin alternat..


Motorola-nın 3 yeni smartfon modelinin güman olunan texniki özəllikləri məlum o..

Yaxın müddət ərzində Motorola şirkəti 3 yeni smartfon modelinin təqdimatını keçirtməlidir...


Redmi-nin rəhbəri Redmi K30 Pro-nun qiymətinə işarə etdi

Redmi brendi artıq K30 Pro flaqman smartfon modelinin ön panelinin dizaynını sərgiləyib və onun təqr..


Avropa Birliyinin yeni qanun layihəsi smartfonlardakı batareyaların dəyişdirilmə..

Bir çox müasir smartfonların istifadəçiləri fərdi şəkildə öz cihazlarının batareyalarını dəyişə bilm..


12 Android tətbiqində təhlükəli və zərərli virus tapıldı: Joker

Google Play Store üzərində yayımlanan 12 Android tətbiqində Joker virusu tapıldı. Siyahısını verdiyi..