main-post-cover

    iPhone 6 smartfonu 11 yaşlı qızın əlində alışıb yandı (VİDEO)

    Elm & Texnologiya
    15.07.2019
    Farid Pardashunas
        Kaliforniyada iPhone 6 smartfon modeli Kayla Ramos adlı 11 yaşlı qızın əlində yanıb. Bu barədə 9to5mac saytına istinadən Gagadget saytı xəbər verib. 11 yaşlı qızın sözlərinə əsasən hadisə zamanı o, YouTube videoservisində videolara baxırmış və birdən smartfon alışmağa başlayıb. Kayla tez bir zamanda smartfonu yatağının üzərinə atıb.
        “Mən oturmuşdum və mənim əlimdə telefon var idi. Daha sonra mən telefonun alışdığını gördüm və onu yatağın üzərinə atdım" - deyə Kayla Ramos bildirib. iPhone yatağın üzərində olmuş yorğanı yandırıb. Kayla Ramos-un özü isə zərər çəkməyib. Smartfonun özü tamamilə yanaraq yararsız hala gəlib. Bu hadisədən sonra 11 yaşlı qızın anası Apple şirkətinin dəstək xidmətinə və servis mərkəzinə müraciət edb.

        Şirkət ona yeni smartfon modelini verərək baş vermiş hadisənin aydınlaşdırılacağına söz verib. Apple rəsmi olaraq bu hadisəyə hələki heç bir fikir bildirməyib. Qızın anası qeyd edib ki, hadisədən əvvəl smartfon heç bir zaman təmir olunmayıb və onun üçün kənar şarj naqilindən istifadə olunmayıb. Buna görə də smartfonun alışıb yanmasına hansı faktorun səbəb olduğunu söyləmək çətindir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər