main-post-cover

    iPhone 5 istifadəçiləri öz smartfonlarındakı iOS versiyasını məcburi yeniləməlidirlər

    Elm & Texnologiya
    28.10.2019
    Farid Pardashunas
        Apple cihazlarının heç də bütün istifadəçiləri öz cihazlarını yeni əməliyyat sisteminə kimi yeniləmək istəmirlər. Lakin yeni əməliyyat sistemi versiyalarına qarşı çıxan istifadəçilər yenə də bunu etməli olacaqlar. Əks halda onların cihazlarında tətbiqlər çalışmayacaqlar. Bu barədə Gagadget saytı xəbər verib. Bu mövzunu əhatə edən bildirişi iPhone 5 smartfon modeli istifadəçiləri əldə etməyə başlayıblar.
        Apple şirkətinin təqdim etdiyi bildirişə əsasən iPhone 5 istifadəçiləri öz cihazlarını iOS 10.3.4-ə kimi yeniləməlidirlər. Son yenilənmə tarixi isə 3 noyabrdır. Əks halda istifadəçilər internetdən, elektron poçt servisindən, iCloud servisindən, App Store mağazasından və bir sıra digər servislərdən istifadə edə bilməyəcəklər. Bundan əlavə olaraq 3 noyabr tarixindən sonra sözügedən iOS versiyasını Wi-Fi vasitəsilə yükləmək mümkün olmayacaq. iCloud Backup servisi bağlanacaq.
        Sözügedən məsələ bu ilin aprel aynın 6-dan 7-nə keçən gecə GPS hesablarının sıfırlanması ilə bağlıdır. Yuxarıda əks olunmuş servislərin çalışmaları üçün isə düzgün zaman və tarix göstəriciləri lazımdır. Hər halda söhbət, az sayda istifadəçidən gedir. Belə ki, Apple şirkətinin məlumatına əsasən iOS 12-dən aşağı versiyada olan əməliyyat sistemi istifadəçilərinin sayı 9% təşkil edir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər