main-post-cover

    iPhone 2019 barəsində yeni məlumat ortaya çıxdı

    Elm & Texnologiya
    04.06.2019
    Farid Pardashunas
        Baxmayaraq ki, yeni iPhone modellərinin təqidmatlarına hələ bir xeyli vaxt var, onlar barəsində məlumatlar internetdə ortaya çıxmağa davam edir. Beləliklə hindistanlı insayder Sudhanshu Ambhore-nin verdiyi məlumata əsasən bu il təqdim olunacaq 3 yeni iPhone modeli (iPhone XI, iPhone XI MaxiPhone XR 2019) 128 GB-lıq minimal daxili yaddaş həcminə sahib olacaq. Bu barədə Gagadget saytı xəbər verib.
        Müqayisə üçün qeyd etmək lazımdır ki, hal hazırda aktual olan iPhone modellərinin minimal yaddaş həcmləri 64 GB-dan başlayır. Apple şirkətinin bu cür qərar verəcəyi heç də təəccüblü deyil. Çünki müasir smartfonların minimal yaddaş həcmləri 128 GB-dan başlayır. Qeyd etmək lazımdır ki, bu il təqdim olunacaq iPhone modellərinin dizaynları keçən ilki iPhone modellərinin dizaynları ilə eyni olacaq. Yeni iPhone modelləri öz aralarında ekran ölçüləri, ekran matrisaları və kamera saylarına görə fərqlənəcəklər.
        Son məlumatlara əsasən iPhone XI ilə iPhone XI Max modelləri üçlü arxa kamera, iPhone XR 2019 modeli isə ikili arxa kamera ilə təchiz olunacaq. Bununla yanaşı yeni iPhone modellərinin A13 Bionic prosessoruna, təkmilləşdirilmiş Face ID texnologiyasına, 18 vatt gücündə enerji qəbul etməyə qadir sürətli enerji yığma texnologiyasına və Dual Audio Bluetooth texnologiysına sahib olacaqları gözlənilir. Yeni iPhone modellərinin bu ilin sentyabr ayında təqdim olunacaqları güman edilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər