main-post-cover

    iPhone 13 Pro Max - kamera testləri - detallı icmal (VIDEO)

    Elm & Texnologiya
    22.06.2022
    Farid Pardashunas
        Yadınızdadırsa, Apple-ın yeni iPhone 13 seriyası təqdim olunanda hələ Azərbaycana gəlməmiş hər 4 cihazı əldə edib, haqqlarında icmal videosunu sizinlə bölüşmüşdüm. Bu dəfə isə bu ailənin ən ali üzvü iPhone 13 Pro Max barəsində tam detallı danışıb, kamera testlərini edəcəyik. Çünki, bu cihaz kamera tərəfdə məni inanılmaz təəəccübləndirib. Deyərdim ki, mobil videoqrafiyada rəqibsiz bir kamera strukturuna sahibdir. 

    Cihazın qiyməti və əldə etmək üçün link

        Dizaynı barəsində çox danışmaq istəmirəm çünki son 3 ildir ki, iPhone eyni dizayn xətti ilə davam edir. Xüsusən iPhone 12 seriyasından kənar hissələr artıq oval şəkilli deyil, dördküncdür. Arxa və ön hissə şüşə materialdır, kənarlar isə paslanmaz poladdan. Hər yerindən keyfiyyət yağır. Arxada böydülmüş lensli 3-lü kamera var. Ön hissədə notç daha da incəlib və cihazın gövdəsi 7.7mm bir incəliyə sahibdir. Flaqman bir cihaz üçün 7.7 rəqəmi möhtəşəmdir. IP 68 suya və toza davamlılıq da gövdəmizi qoruyur. 
        Mən daha çox ekranı barəsində danışmaq istəyirəm. 6.7 düyümlük bir super retina XDR ekran var. Bu ekranın gövdəyə nisbəti 87,4 faizdir. Super Retina bir növ Super Amoled ekrandır. Yəni OLED texnologiyası əsasında hazırlanır. XDR isə bir mənada HDR ekranı bildirir sadəcə burada xtreme dynamic range-dən söhbət gedir. Ekranda çıxıntı olması qaçınılmaz olub, çünki Apple hələ də təhlükəsizlik üçün 3D Face ID-dən istifadə edir. Burada SL 3D sensor var ki, biometrik skanı aparır. Buna görə də Apple-ı qınamıram, çünki Apple Pay kimi önəmli bir funksionallıqda bundan istifadə edir. Ekran 120 HZ-dir və bu ProMotion texnologiyası ilə dinamik olaraq tənzimlənir. HDR10 və Dolby Vision dəstəyi var. Maksimum 1200 nit parlaqlığa qalxa bilir və hər düyümünə 458 piksel düşür. Steve Jobs elə sırf bu PPI söhbətinin çoxluğuna görə Apple-ın ekranlarına Retina adı vermişdi. Əslində Retina texniki bir termin deyil sadəcə marketinq terminidir. Yəni ekran texnologiyası deyil. Ya OLED istfadə edirlər ya da LCD, sadəcə adına retina deyirlər. Burada olan ekran da OLED ekrandır. Qorunma baxımından isə cızılmağa davamlı seramik şüşədən və olefobik örtükdən istifadə edir. Mən test eləmişəm və şəxsi qənatimə görə bu texnologiya Gorilla Glass-dan qat-qat yaxşı qoruyur. Amma istənilən halda bu seramic şüşənin özünü də Corning Apple ilə birlikdə istehsal edir. Burada bir məsələ də var ki, ekran qoruyucu nə qədər qırılmağa davamlı olursa, bir o qədər cızılmağa meyilli olur. Gorilla glass sadəcə sərtləşdirilmiş şüşədir. Ceramic şüşədə isə adında olduğu kimi seramik qarışığı var.
        Əvvəlcə onu qeyd edim ki, bu icmalımız əsasən iPhone 13 Pro Max-ın kamera testləri ilə bağlıdır. Cihazda 1-i öndə 3-ü arxada olmaqla 4 kamera quraşdırılıb. Bu kameraların ən gözəl tərəfi meqapiksellərindən tutmuş digər imkanlarına qədər bərabər olmalarıdır. Sadəcə lensin mm ölçüsünə və diaframına görə fərqlənirlər. Gəlin arxa kameralardan başlayaq. Dizaynı barəsində danışmağa dəyməz, çünkü hər şey məlumdur - ənənəvi son illərin trendi 3-lü kamera sistemi. Artıq gözümüz buna alışıb və hər 3-ü də 12 meqapiksel dəyərində olan kameralardır. Bu kameralar müvafiq olaraq ultra geniş bucaq, geniş bucaq və telefoto olmaqla bölünüb. Əlavə olaraq deyim ki, makro üçün ayrıca kamera olmasa da geniş bucaqlı kamera ilə makro şəkillərin çəkilməsi mümkündür. Və bu 3-lünün yanında LIDAR skanner, bir də fləş.
        Apple-ı digər markalar fərqli edən bir işi görəndə onu daha yaxşı görməsidir. Və bu 3 kameradan heç biri digərindən geri qalmır. Bunu deyəndə nəyi nəzərdə tuturam, izah edim. Məsələn, kameraların hər 3-ü 4K 60 FPS keyfiyyətində video çəkə bilir. Ultra geniş bucaqlı kamera ilə çəkilən videolar GoPro-nu xatırladır. OIS texnologiyası ilə stabilləşdirmə çox üst səviyyədədir. 
        Başqa bir misal deyim, məsələn gecə rejimi. Adətən digər markalar bir kamerada bunu edirlər. Amma Apple tərəfində hər 4 kameranın 4-dü də ön kamera daxil gecə rejiminə sahibdir. Məsələn, arxa 3 kamera ilə ayrı ayrılıqda çəkdiyim şəkillərə nəzər salaq. Hamısı eyni bir birinə yaxın keyfiyyətdə. Pikselləri birləşdirərək, möhtəşəm görüntü yaradır. Eyni zamanda bu gecə rejimi ön kamerada da yer alır, çəkdiyim nümunəni sizinlə bölüşürəm. 
        Video tərəfdə bu smartfonlarda gələn bir digər yenilik cinematic rejimin olması idi. Bunu real test eləmək üçün qısa bir kadr çəkdik. Gəlin yuxarıdakı videoda ona nəzər salaq. Bu görüntüləri dəyərləndirəndə, foksun bir üzdən arxadakı adamın üzərinə axıcı və rahat keçməsi çox ləzzət elədi. Deyildiyi və göstərildiyi qədər var məncə. Bu adamlar işin bilir. Keçid demişkən, video tərəfində başqa bir test etdik, Nihadın təklifi ilə. Dediki, işıqlı ərazidə çəkiliş edən halda keçək qaranlığa görək kamera işıqlandırması necə dəyişir. Test etdik, keçid elə edildiki, heç fərqi hiss eləmədik, Görüntü partlaması və kirliliyi yaranmadı. İdeal səviyyədə. Video çəkən zaman kameralar arası keçid də ideal səviyyədədir. Düzdür keçid etdiyi cuzi də olsa hiss olunur amma digər rəqiblərindən bunu daha stabil daha yaxşı etdiyi dəqiqdir. Özünüz görüntülərdə bunu görürsünüz. Çox yaxşıdır.
        Foto tərəfində həm adi həm də portret fotolar çəkdim. Performans idealdır. Blur etmə məsələsində heç əziyyət çəkmir, cünki subyektin təyini üçün daha dəqiq olan LIDAR skannerdən istifadə edir. Nihadın fotoların çəkmişəm, keyfiyyət yağır şəkillərdən. Bu LIDAR skanner ətrafdakı subket və obyektləri təyin eləmək üçün bir nöqtə buludu yaradır görüntüdə və özündən dalğa göndərərək, göndərilən dalğanın skannerə çatma vaxtı ilə ara məsəfasini təyin edə bilir. Bu əslində bahalı bir skannerdir. Android tərəfdə adətən TOF istifadə edilir. Burada isə Apple sürücüsüz avtomobillərdə istifadə edilən LIDAR-dan istifadə edib. Bunun sayəsində iPhone ilə ətrafın 3D xəritəsini də çıxarmaq olur. Məsələn, 3-cü tərəf tətbiqin köməyilə LIDAR skanneri işə salıb, studiyamızın planın tərtib elədim. Burada birbaşa mühəndis üçün faydalı ola biləcək 3D plan ortaya çıxdı. 
        Arxa kamera ilə makro fotolar da çəkmək mümkündür. İndi təbii ki, bu çox sadə qalır digər dediklərimin yanında amma bu cihazda o da var. Mümkündür yəni. Ön kameraya gəldikdə, ön kamera da arxa kameralardan geri qalmır, 4K 60 FPS öz yerində. Gəlin elə real bir testi edək səsi götürməsinə də baxın. Məncə heç bu mikrofondan fərqlənməyəcək səs tərəfində amma nəzərə alın ki, bizim studio da tam izolyasiyadır. Ön kamera ilə həm adi, həm portre həm də gecə rejimində fotolar çəkdim. Nəticələr göz önündədir. Məncə hər 4 kameradan keyfiyyət yağır və mənfi nəsə tapıb demək, müşkül məsələdir. 
        Texniki tərəfdə iPhone 13 Pro Max bu ilin flaqmanlarından olan Apple Bionic 15 çipindən güc alır. 6 CPU və 5 GPU nüvəsi var bu setin. 2 nüvəsi 3.23 GHZ tezlikd çalışır və 5nm-lik bir arxitekturası var. Bu prosessorun performansını test etməyi ehtiyac görümrəm çünki bu ilin lider CPU-sudur və ən yaxın rəqibi Snapdragon 8 gen 1-dir ki, onu da qabaqlayıb, zirvəyə yerləşib. Həm Antutu həm də Geekbech 5 testlərində tək və multi nüvədə bütün rəqiblərini qapaqlayır. iOS kimi yüngül bir ƏS ilə 6 RAM bu cihaza hələ deyərdim artıqlıq edir. Çünki çox axıcı və stabildir. Daxili yaddaşda kompüterlərdə SSD-lərdə olan bir texnolgoiya NVMe yaddaş texnologiyasından istifadə edir. Bu da o deməkdir ki, read and write tərəfdə yəni yaddaşa yazma yaddanşdan oxuma da çox sürətlidir. Android cəbhəsi UFS standartı istifadə edir, Apple isə daha çox kompüterlərdə SSD-lərdə olan NVMe-dən. Bu texnologiya da olduqca sürətlidir. Lakin mən oxumuşam ki, NVMe daha çox böyük yaddaş qurğularında effektiv olur. Ölçü kiçildikcə performans düşüklüyü ola bilir. Ona görə UFS standartı bəzən NVMe-ni qabaqlaya bilir. 
        Hər gözəlin bir eybi olduğu kimi, iPhone istifadə edənlərin də ən çox şikayətləndiyi məqam batareya tərəfi olur. Amma əgər Pro Max alırsınızsa, bu cihaz bu mövzuda da güvən verir. Düzdü sürətli enerji yığma tərəfində çinli rəqiblərinə uduzur. Qeyri-rəsmi mənbələrdə iPhone 13 Pro Max sürətli enerji yığma göstəricisinin bəzən 27watta çatdığı göstərilir. Amma tutum baxımından 7.7 mm-lik cihaz üçün 4352 mAh yaxşı göstəricidir. Nəzərə alın ki, ekranda 120 HZ promotion ilə tənzimlənir və CPU 5nm-lik arxitekturadadır. Bu da enerjini daha sərfiyyatlı edir. Əlavə olaraq MagSafe ilə 15watt-lıq naqilsiz və 7.5 watt digər magnit charger-lər isə enerji yığa bilir.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər