main-post-cover

    iPhone 12 və iPhone SE 2 barəsində məlumatlar verilib

    Elm & Texnologiya
    25.11.2019
    Emil Nəcəfov
        Hələ bir neçə müddət bundan öncə Apple şirkətinin yeni iPhone modellərinin satışa çıxmalarına baxmayaraq insayderlər artıq gələn il təqdim olunacaq iPhone modellləri barəsində məlumatlar yığmağa başlayıblar. Beləliklə gələn il təqdim olunacaq iPhone 12-nin bəzi özəlliklərindən əlavə olaraq insayderlər həmçinin çox gözlənilən iPhone SE 2 barəsində də məlumat əldə ediblər. Bu barədə GSMarena saytı xəbər verib. Barclays analitik şirkətinin məlumatlarına əsasən Apple şirkəti gələn  ilki iPhone modellərinin RAM göstəricilərini 50% yüksəltməyi planlaşdırır.
        Burdan da belə nəticəyə gəlmək olar ki, gələn ilki iPhone 12 Pro iPhone 12 Pro Max modelləri 6 GB RAM ilə təchiz olunacaqlar. Qeyd etmək lazımdır ki, hal hazırda satışda olan iPhone 11 ProiPhone 11 Pro Max modelləri 4 GB RAM ilə təchiz olunurlar. Adi iPhone 12 modelinə gəldikdə isə onun RAM göstəricisi adi iPhone 11 modelində olduğu kimi qalacaq. Yəni 4 GB RAM. Bundan əlavə olaraq gələn ilki Pro modellər həmçinin 3D kameralar təchiz olunmalı və 5G şəbəkə dəstəyini əldə etməldirilər.
        Güman olunur ki, adi iPhone 12 modeli də 5G şəbəkə dəstəyini əldə edəcək. Digər məlumat sızıntısı iPhone SE 2. ilə bağlıdır. Belə ki, insayderlər məlumat veriblər ki, iPhone SE 2-nin istehsalına gələn ilin fevral ayında start veriləcək. Smartfonun təqdimatı isə mart ayında baş tutmalıdır. Son məlumat sızıntılarına əsasən iPhone SE 2 smartfonu xarici görünüşcə iPhone 8-ə bənzəyəcək və 4.7 düym ekran, A13 Bionic prosessoru, 3 GB RAM və fiziki Home düyməsi ilə təchiz olunacaq.
    Linki kopyala