main-post-cover

    iPhone 12 seriyası hansı ölçülərdə ekranlar ilə təchiz olunacaq?

    Elm & Texnologiya
    19.05.2020
    Emil Nəcəfov
        Apple şirkətinin bu il təqdim edəcəyi iPhone 12 smartfon seriyası barəsində yeni məlumatları Display Supply Chain Consultants şirkətinin CEO-su Ross Young təqdim edib. Bu barədə Wccftech saytı xəbər verib. Beləliklə verilmiş yeni məlumat sızıntısına əsasən Apple şirkəti bu ilki iPhone modellərini 3 fərqli ekran istehsalçısının ekranları ilə təchiz edəcək.
        Belə ki, adi iPhone 12 modeli Samsung istehsalı 5.4 düym OLED ekran, iPhone 12 Max modeli LG və ya BOE istehsalı 6.1 düym ekran, iPhone 12 Pro modeli 6.1 düym ekran, iPhone 12 Pro Max isə 6.68 düym ekran ilə təchiz olunacaq. Məlumatda həmçinin qeyd olunub ki, 5.4 düym OLED ekrana sahib olacaq adi iPhone 12 modeli RAM göstəricisindən asılı olaraq 649$-dan satışa çıxacaq. iPhone 12 Pro Max-ın ekranı isə 120 Hz tezlikli təsvir yenilənməsini dəstəkləyəcək. iPhone 12 smartfon seriyasının dəqiq təqdimat tarixi barəsində hələ heç bir məlumat yoxdur. 
    Linki kopyala