iPhone 11 smartfonu ön sifariş rekordu qırdı

iPhone 11 smartfonu ön sifariş rekordu qırdı

Texnologiya
13.09.2019 PAYLAŞIM

    Təqdimatdan sonra iPhone 11 alıcılar arasında böyük səs küyə səbəb oldu. Onların bir hissəsi artıq Apple mağazalarının qabağında sıra qurmağa, digərləri isə online mağazalar vasitəsilə smartfonu ön sifariş etməyə başladılar. Çində məşhur olan Tmall adlı online ticarət servisi smartfonu ön sifariş etmiş alıcıların saylarını açıqlayıb. Bu barədə Gizchina saytı xəbər verib.

    Apple şirkətinin öz online mağazasından əlavə olaraq smartfonlar digər online mağaza servislərində də satışa çıxırlar. Onların arasında məşhur Tmall servisi də var. Servisin təqdim etmiş olduğu məlumata əsasən alıcıların diqqətini ən çox adi iPhone 11 modeli çəkib. Belə ki, bu smartfonu artıq 1 milyon insan ön sifariş edib.

    Servis qeyd edib ki, keçən ilki iPhone XR modeli ilə müqayisədə bu ilki iPhone 11 modelinin ön sifarişləri 200% təşkil edib. Məlumatda həmçinin qeyd edilib ki, yeni iPhone 11 modelinin alıcılar arasında bu qədər məşhurlaşması onun alıcılara təqdim edilməsində gecikməyə səbəb olmayacaq. Qeyd etmək lazımdır ki, yeni iPhone modellərinin satışları 20 sentyabr tarixində başlayacaq.



SİZƏ MARAQLI OLACAQ BİR NEÇƏ MƏLUMAT


ABŞ sanksiyalarına baxmayaraq Huawei şirkətinin gəlirləri yüksəlib

Huawei şirkəti bu ilin ilk 9 ayı ərzində əldə etdiyi gəlirlərdən danışıb.


SpaceX şirkəti Yer kürəsinin orbitini Starlink internet peykləri ilə əhatə etməy..

SpaceX şirkəti artıq Yer kürəsinin orbitinə Starlink layihəsi çərçivəsində 60 ədəd internet peykini ..


3 illik fəaliyyətdən sonra Google şirkəti Daydream VR layihəsini bağladı

Şirkət VR cihazı satışdan çıxartdı və tətbiqlərdən ibarət platformanın inkişafını dayandırdı...


Huawei P40 və P40 Pro smartfonları eyni anda iki əməliyyat sistemi əldə edə bilə..

Huawei şirkəti HarmonyOS əməliyyat sistemini hələ avqust ayında təqdim etmişdi.


Samsung şirkəti yeni ekran dizaynının patentini aldı

Smartfon ekranının ön panelin çox hissəsini əhatə etməsi yolunda istehsalçılar ön kameranın yerləşdi..


Google'dan yeni naqilsiz Pixel Buds 2 qulaqlığı - QİYMƏTİ

Made by Google təqdimat tədbiri çərçivəsində Google şirkəti naqilsiz Pixel Buds 2 qulaqlıqlarını təq..