iPhone 11 modellərinin RAM göstəriciləri ilə batareya həcmləri məlum oldu
Elm & Texnologiya
12.09.2019
Farid Pardashunas
iPhone 11 modellərinin təqdimatları zamanı şirkət smartfonların RAM göstəriciləri ilə batareya həcmləri barəsində məlumat verməmişdi. Lakin OnLeaks ləqəbi ilə tanınan məşhur insayder bu vəziyyəti dəyişib. Belə ki, o, yeni iPhone modellərinin vacib texniki göstəricilərini açıqlayıb. Bu barədə Gagadget saytı xəbər verib. Beləliklə insayderin verdiyi məlumata əsasən adi iPhone 11 modeli 4 GB RAM və 3110 mAh enerji tutumlu batareya ilə təchiz olunub.
Müqayisə üçün qeyd etmək lazımdır ki, keçən ilki iPhone XR modeli 3 GB RAM və 2942 mAh enerji tutumlu batareya ilə təchiz olunur. Pro seriyasının modellərinə gəldikdə isə iPhone 11 Pro 6 GB RAM və 3190 mAh enerji tutumlu batareya ilə təchiz olunub. iPhone 11 Pro Max sadəcə olaraq olaraq batareya həcmi ilə fərqlənir. Belə ki, o, 3500 mAh enerji tutumlu batareyaya sahibdir. RAM göstəricisi isə onda iPhone 11 Pro-da olduğu kimi 6 GB-dır.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
YouTube öz yeni dizaynını test etməyə başlayıb
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)