iPhone 11 keçən ilki iPhone modelləri ilə müqayisə olundu

TEXNOLOGİYA


09.09.2019 0 PAYLAŞIM 289 OXUNMA


    Təqdimatdan bir gün qabaq iPhone 11 smartfon modelinin daxili mexanizminin fotosu ortaya çıxdı. İstifadəçilərin yeni iPhone 11 modelinin qiymətləndirmələri üçün o, keçən ilki iPhone modellərinin daxili mexanizmləri ilə müqayisə edilib. Bu barədə Slashleaks saytı xəbər verib. Beləliklə yeni iPhone modelinin ekran modulu sözügedən saytda ortaya çıxıb.

    Fotoya əsasən iPhone 11-in ekran modulunun konstruksiyası keçən ilki iPhone modellərinin ekran modullarının konstruksiyalarından o qədər də fərqlənmir. Əvvəlki məlumat sızıntılarında da qeyd olunduğu kimi yeni iPhone-nun keçən ilki iPhone modellərindən əsas fərqi təkcə RAM və daxili yaddaş göstəricisində olmayacaq. Belə ki, iPhone 11 modelinin kameraları da fərqlənəcək.

    Qeyd etmək lazımdır ki, iPhone XSXS Max modellərində ikili arxa kamera, XR modelində isə bir arxa kamera yerləşdirilib. Hətta büdcəli versiya kimi təqdim ediləcək adi iPhone 11 modeli ikili arxa kamera, iPhone 11 Pro Pro Max modelləri isə üçlü arxa kamera ilə təchiz olunacaqlar. Qeyd etmək lazımdır ki, yeni iPhone modelləri artıq sabah təqdim olunacaqlar.