main-post-cover

    iPhone 11-in təqdimatında deyilməmiş vacib özəlliklər

    Elm & Texnologiya
    12.09.2019
    Farid Pardashunas
        10 sentyabr tarixində təqdim edilmiş iPhone 11 modelləri müxtəlif ölçülü ekranlar, Apple A13 Bionic prosessoru və diqqətə layiq kamera özəlliklərini əldə etdilər. Lakin təqdimat zamanı şirkətin CEO-su olan Tim Cook bir sıra vacib özəlliklər barəsində məlumat vermədi. Bu barədə 4pda saytı xəbər verib. Həmin özəllikləri sizlərə təqdim edirik.
    iPhone XS və XS Max modelləri satışdan çıxarıldı:
        1 il bundan öncə təqdim edilmiş iPhone XS və XS Max smartfon modelləri artıq Apple şirkətinin rəsmi saytında satışda yoxdur. Bu smartfonlar ən qısa satış müddətinə sahib cihazlardan oldular. Nəzərə alsaq ki, sözügedən modellər keçən ilki təqdimatdan 2 həftə sonra satışa çıxmışdılar, onlar heç 1 il də şirkətin rəsmi saytında qalmadılar. iPhone XS və XS Max modelləri ilə yanaşı həmçinin iPhone 77 Plus modellərinin satışları da saytda dayandırııldı.
    İki SIM kart özəlliyi:
        Yeni iPhone 11 modelləri iki SIM kart girişi ilə təchiz olunublar. Lakin bu özəlliyə sahib xüsusi modellər yalnız Çin bazarı üçün nəzərdə tutulub. Digər ölkələr üçün isə şirkət virtual eSIM kart özəlliyini reallaşdırıb.
    Yenilənmiş AirDrop:
        Təqdimat zamanı şirkət Ultra Wideband adlı məlumat ötürülməsi texnologiyasını dəstəkləyən U1 naqilsiz çipi barəsndə məlumat verməyib. Onun sayəsində iPhone digər iOS cihazı və ya Mac kompüterini identifikasiya edə bilər.
    Face ID texnologiyası daha sürətli olub:
        Bütün yeni iPhone modellərində Face ID texnologiyası 30% daha sürətli çalışmağa başlayıb. Bu texnologiyanın istifadəçi üzünün skan olunması cəhdinə verdiyi reaksiya isə barmaq izi skanı texnologiyasının verdiyi reaksiya ilə eyni səviyyəyə yüksəlib.
    Apple şirkətinin loqosu ortada yerləşdirilib:
        Apple şirkətinin yeni məhsullarında şirkət loqosunun yuxarı hissəsində deyil ortada yerləşdirilməsi qərarı verilib. Bu cür qərarın nəyə görə verilməsi aydın deyil.
    Artıq 3D Touch texnologiyası yoxdur:
        Apple şirkəti vaxtı ikən aktiv şəkildə inkişaf etdirdiyi 3D Touch funksiyasından imtina edib. Buna görə də yeni iPhone modelləri 3D Touch funksiyasını dəstəkləmirlər. Onun yerinə şirkət istifadəçi barmağının ekrana klik edib saxlayaraq ekranın reaksiya verilməsi özəlliyini reallaşdırıb.
    Adi iPhone 11 modelində sürətli şarj texnologiyası əlavə ödəniş vasitəsilə əldə olunur:
        Texniki göstəricilərə əsasən Apple şirkəti adi iPhone 11 modelini iPhone XR-in davamçısı kimi qələmə verir. Yəni bu smartfon orta qiymət göstəricisinə sahib modeldir. Təqdimat zamanı şirkət bildirmişdi ki, hər 3 iPhone modeli 18 vatt gücündə enerji qəbul etməyə qadir sürətli enerji yığma texnologiyasını dəstəkləyir. Lakin bu texnologiya üçün nəzərdə tutulmuş şarj naqilləri yalnız iPhone 11 Pro ilə iPhone 11 Pro Max modellərinin komplektlərində var. Adi iPhone 11 modelinin alıcıları isə bu şarj naqillərini əlavə almalı olacaqlar.
    Yeni iPhone modelləri WI-Fi 6-nı dəstəkləyirlər:
        Təqdim edilmiş yeni iPhone 11 modelləri məlumatların naqilsiz ötürülməsi texnologiyası olan Wi-Fi 6-nı dəstəkləyirlər. Bu standartın dəstəklədiyi routerin olması halında məlumat ötürülməsinin sürəti nəzəri cəhətdən 38% yüksəlir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər