main-post-cover

    İPhone 11 Apple şirkətinin ən məşhur yeni məhsulu oldu

    Elm & Texnologiya
    18.09.2019
    Farid Pardashunas
        13 sentyabr tarixində Apple şirkəti yeni iPhone modellərinin ön sifarişlərini qəbul etməyə başladı. Məşhur analitiklərdən bri olan Ming-Chi Kuo isə ön sifariş edilmiş modellərin saylarına əsaslanaraq alıcıların maraqlarını analiz edib. Əldə olunmuş nəticələr bir qədər gəzlənilməz olublar. Bu barədə Phonearena saytı xəbər verib.
        Baxmayaraq ki, büdcəli model kimi hesab olunan adi iPhone 11 smartfonu alıcılar arasında məşhurdur və o, ümumi sifariş göstəricilərində (45%) liderdir, yerdə qalan ön sifariş göstəriciləri (55%) iPhone 11 ProPro Max modellərinin üzərlərinə düşür. Beləliklə iPhone 11 Pro və Pro Max modellərinin ön sifariş göstəriciləri keçən ilki iPhone XSXS Max modellərinin ön göstəricilərini geridə qoyur. Bu isə potensial alıcılar tərəfindən daha təkmilləşdirilmiş iPhone modellərinə tələbatları sübut edir.
        Ming-Chi Kuo əmindir ki, nəticədə iPhone 11 modeli keçən ilki iPhone XR-in uğurunu təkrar edəcək. Əgər iPhone 11 Pro və Pro Max modelləri uzunmüddətli perspektivdə öz satış templərini saxlasalar, onlar Apple şirkətinin ümumi gəlirinə yüksək təsir göstərəcəklər. Analitikin proqnozlarına əsasən şirkət bu ilin sonuna kimi 75 milyon ədəd iPhone 11 sata bilər. Məlumata əsasən şirkət yenə də keçən ilə nisbətən bu il ümumi smartfon satışlarından əldə olunacaq gəlirin aşağı düşməsini gözləyir. Bu vəziyyəti 2020-ci ildə artıq bütün dünya üzrə istifadəyə veriləcək 5G şəbəkəsi dəyişə bilər. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər