main-post-cover

    iOS 14 ilə bağlı ilk məlumatlar ortaya çıxdı: Kamera funksiyaları artacaq

    Elm & Texnologiya
    26.12.2019
    Nijat Hamid
            Apple, iOS 13-ü təqdim etməsindən çox da uzun vaxt keçməməsinə baxmayaraq iOS 14 üzərində işləməyə başlayıb. iOS 13 ilə qismən daha stabil əməliyyat sistemi təqdim edən şirkət bundan əvvəlki iOS 12-nin istifadəçilərə yaşatdığı pis təcrübəni aradan qaldıra bilmişdi. Yeni aşkarlanan məlumatlara əsasən isə şirkət iOS 14-də olması planlanan funksiyalar üzərində artıq işləməyə başlayıb.

    iOS 14 ilə birliktə Apple daha çox kameraya fokuslanacaq. Animoji və Memoji funksiyaları iPhone kameralarına inteqrasiya ediləcək.

            Yeni əməliyyat sistemində animasiyalar daha da təkmilləşdiriləcək. TrueDepth adı verilən kamera texnologiyası ilə hazırlanan hərəkətli animasiyalar isə bir başa iPhone-ların kameralarına inteqrasiya ediləcək. iOS 14 əsasən kameraya fokuslanan yenilənmə olması planlanır. Yeni əməliyyat sisteminin ənənələrə uyğun olaraq 2020-ci ildə keçirələcək Apple Worldwide Developers Conference tədbirində təqdim edilməsi gözlənilir. Əgər təxmin olunduğu kimi olarsa, Sentyabr ayında stabil versiya iPhone-lara göndəriləcək.
    Linki kopyala