main-post-cover

    iOS 13-ün bəzi özəlliklərini əks etdirən fotolar ortaya çıxıb

    Elm & Texnologiya
    29.05.2019
    Emil Nəcəfov
        9to5mac saytının jurnalistləri iOS 13 əməliyyat sisteminin bəzi screenshotlarını əldə ediblər. Həmin screenshotlar yeni əməliyyat sisteminin bəzi özəlliklərini ortaya çıxardır. Bu barədə Gagadget saytı xəbər verib. Əvvəlcədən də güman edildiyi kimi iOS 13 əməliyyat sistemi Dark Mode rejimini əldə edəcək. Apple Music tətbiqinin xarici görünüşündən belə qənaətə gəlmək olr ki, əməliyyat sistemi əsl qara rəngli Dark Mode rejimini əldə edəcək. Qeyd etmək lazımdır ki, iPhone-nun OLED ekranında Dark Mode rejimi çox əla görünür.

        Sözügedən Dark Mode rejimini smartfonun ayarlarında aktiv etmək mümkün olacaq. Əməliyyat sistemində olacaq daha bir yenilik isə screenshotların xüsusi panel vasitəsilə redaktə etmək üçün yeni interfeys olacaq. Həmin paneldə redaktə üçün nəzərdə tutulmuş real alətlər olacaq. iPad modellərində bu paneli ekranın istənilən yerinə yerləşdirmək olacaq.

        iOS 13-ə həmçinin yenilənmiş Qovluqlar tətbiqini və tamamilə yeni Find My tətbiqini əlavə edəcəklər. Find My tətbiqi Find My FriendsFind My iPhone funksiyalarını özündə birləşdirəcək. Qeyd etmək lazımdır ki, iOS 13 əməliyyat sistemi 7 iyun tarixlərində keçiriləcək WWDC 2019 tədbirində təqdim olunacaq.
    Linki kopyala