main-post-cover

    iOS 13 sistem boşluqlarının sayına görə antirekorda imza atdı

    Elm & Texnologiya
    23.09.2019
    Farid Pardashunas
        19 sentyabrda istifadəçilərə iOS 13 əməliyyat sistemi təqdim edilmişdi. Yəni yeni iPhone 11-in satışa çıxmasından bir gün qabaq. Lakin iOS 13-də yeni funksiyaların olmasına baxmayaraq onda həmçinin çoxlu sayda sistem boşluqları da aşkar edildi. Həmin sistem boşluqları isə istifadəçilərin və tətbiq yaradıcılarının narazılıqlarına səbəb oldular. Bu barədə Business Insider saytı xəbər verib.
        Məşhur tərtibatçılardan biri isə qeyd edib ki, o, iOS 8-dən sonra Apple şirkətinin bu dərəcədə aşağı keyfiyyətli əməliyyat sistemini xatırlamır. İnternetdə olan bir çox şərhlərə əsasən iOS 13-ün sistem boşluqlarından təkcə tərtibatçılar deyil adi sıravi istifadəçilər də zərər çəkiblər. Sözügedən sistem boşluqlarının siyahısı mütəmadi olaraq yenilənir. Ən çox yaranmış sistem boşluqları isə aşağıdakılardır:
    - iCloud-dan ehtiyat kopyanın bərpa olunmasının mümkünsüzlüyü
    - Blok edilmiş smartfon ekranından istifadəçinin kontaktlarının əldə olunması
    - Sistemin Dark Mode-dan adi rejimə özbaşına keçməsi
    - Tətbiqlərin donması
    - Səsin tənzimlənməsi ilə əlaqəli olan sistem boşluğu
    - Wi-Fi şəbəkə nöqtəsinə qoşulma zamanı sistemin verdiyi xəta
    - Buetooth ilə olan problemlər.
        iOS 13 yenilənməsini reallaşdırmış istifadəçilər digərlərinə tələsməməyi məsləhət görürlər. Müəyyən müddət üçün istifadəçilərə iOS 13.1 beta versiyasını istifadə etmək məsləhət görülür. Həmin beta versiyada şirkət bəzi sistem boşluqlarını aradan qaldırıb.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər