iOS 12, macOS və watchOS'un yeni versiyaları WWDC 2018 konfransında tanıdılacaq
15.03.2018
Nijat Hamid
"Apple" 29 ildir ki, hər yaz WWDC (Worldwide Developers Conference) konfransları keçirir və özünün bir sıra məhsullarının yeni versiyalarını təqdim edir.
Bunlara misal olaraq, iOS, watchOS və macOS əməliyyat sistemlərini göstərmək olar. Bu səfər isə konfransın dəqiq tarixi və tanıdılacaq məhsullar bəlli oldu.
4-8 İyun tarixləri arasında Apple-ın WWDC 2018 konfransı keçiriləcək.
Bu il keçiriləcək konfransda tanıdılacaq məhsulların adları artıq rəsmi olaraq bəllidi. Belə ki, iOS 12, macOS 10.14, watchOS 5 və tvOS 12 əməliyyat sistemləri istifadəçilərə tanıdılacaq. Konfrans Kaliforniya ştatının San Jose adlı bölgəsindəki McEnery Convention Center-ın ev sahibliyi edəcəyi Apple saytı vasitəsilə bildirildi. Artıq 22 Mart tarixindən etibarən konfransa bilet almaq mümkün olacaq. Qeydiyyat olmaq üçün WWDC 2018 linkinə daxil olmaq və bileti almaq kifayətdir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Huawei Pura 70 və Pura 70 Pro təqdim olunublar - QİYMƏTİ
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək