iOS 12 ilə gələn yeniliklər və optimizasiyalar
Elm & Texnologiya
18.09.2018
Dünən
Apple şirkəti iOS cihazlar üçün yeni iOS12 versiyasını hər kəsə açıq olaraq
yayımladı. iOS 12 Apple şirkətinin istehsal etdiyi 64bit cihazlar üçün nəzərdə
tutulan yenilənmə idi. Yəni bu yenilənmə iPhone 5S və iPhone 6 üçün də nəzərdə
tutulub.
Yenilənməyə
ümumi nəzər yetirsək, Apple şirkəti bundan öncə olan iOS 11 versiyasının xeyli
yaxşılaşdırılmış və daha stabil formasını bir neçə əlavələrlə təqdim edib.
Burada əsas məqsəd iOS ilə çalışan bütün cihazların daha sürətli işləməsinə və
performansında artım olmasına nail olmaq idi. Bu məqalə xüsusilə iPhone 5S və iPhone 6
cihazlarına sahib olanlar üçün həsr olunub. Bilindiyi kimi bu cihazlar Apple
şirkətinin dəstək verdiyi ən köhnə cihazlardır. Bundan öncəki versiyada hər iki
cihazda gözlə görüləcək dərəcədə yavaşlama və qeyri-stabillik müşahidə
olunurdu. Hətta iOS 11 versiyasına sahib bir çox cihazların enerji saxlamasında
da azalma olmuşdu. Bu, iPhone 5S və 6 istifadəçilərinin haqlı narazılığına səbəb
olmuş və Apple şirkəti daha sonra telefonları yavaşlatdığını qəbul etmək məcburiyyətində
qaldı.
Apple şirkəti
bu dəfə iOS 12 versiyasını təqdim edərkən bu kimi halların aradan
qaldırılacağını, versiyanı dəstəkləyən ən köhnə modellərdə performans artışı və
sürətlənmə olduğunu vəd etmişdi. Apple şirkəti bu yenilənmə ilə tətbiqlərin 40%,
kameranın 70%, klaviaturanın isə 50% daha sürətlə açılacağını qeyd etmişdi.
Yeni iOS
12 iPhone 5S cihazına qurulmuş və test edilmişdir. Əgər siz də, bu cihazda iOS
11 versiyasına sahibsizinsə, o zaman iOS 12 versiyasına yeniləməyiniz məsləhət
görülür. Çünki bu versiya iOS 11-dən daha sürətli və stabil işləyit. Enerji sərfiyyatı
daha da yaxşılaşdırılıb və cihazınızdakı batareyanın istifadə ömrü yaxşı vəziyyətdədirsə,
iOS 11-ə nəzərən daha çox enerji saxlamaq imkanına malik olacaqsınız. Tətbiqlərin
və telefonun açılma müddəti qısalıb, 3 və daha çox tətbiqdə eyni zamanda işləyirsinizsə,
telefonda artıq donmalar müşahidə olunmayacaq. Klaviatura daha səlis və axıcı
açılır. iOS 10 və daha aşağı versiyalara nəzərən isə iOS 12 çox yavaş çalışır.
iOS 12 ilə
gələn yeniliklər
Bu versiya
ilə cihazların optimizasiyası daha da təkmilləşdirilmiş və cihazlar daha da sürətləndirilmişdir.
Xüsusilə iPhone 5S və 6 cihazları əvvəlki versiyaya nəzərdən daha stabil və axıcı
işləyir. Tətbiqlərin və kameranın açılma vaxtları qısalıb. Telefonun açılma
müddəti isə iOS 11-ə nəzərən 20-30 saniyə daha azdır.
Performans
iOS 12 indiyə
qədər yayımlanmış ən sürətli iOS versiya adlanır.
iOS 11 dəstəkləyən
bütün cihazlar bu versiya ilə daha stabil, sürətli və axıcı olub.
Kamera 70%
daha tez açılır. Klaviaturanın 50% daha tez işlək hala gəlir və yazı qabiliyyəti
daha həssas olub.
Fotolar
Fotolar
proqramında mövcud olan bölmələr yenilənib. Artıq bu bölmədə “Sizin üçün” və “Axtar”
bölməsi mövcuddur. “Sizin üçün (For you)” bölməsində cihaz sizə şəkillər
arasından seçimlər edərək “xatirələr” yaradır. Həmçinin şəkilləriniz arasında
keçmiş tarixlərinə görə paylaşımlar etməyinizi “məsləhət görür”. “Axtar” bölməsi
təkmilləşdirilmiş axtarış etməyinizə yardımçı olur. Belə ki, bu bölmədə şəkillər
arasında ada, çəkildiyi yerə, kateqoriyalara və qruplara uyğun axtarış edə bilərsiniz.
Sistem şəkillərinizi ona uyğun olan kateqoriyalara bölür. iOS 12 ilə Fotolar
proqramı daha da təkmilləşdirilib və “ağıllı” hala gətirilib.
Kamera
Portret modu daha da təkmilləşdirilib
və artıq kamera ilə QR kodları skan etmək mümkün hala gəlib.
Mesajlar
Yeni
Animojilər əlavə olunub və Memoji sayəsində bu emojilər daha da özəlləşdirilə
bilinir. Yeni kamera effektləri ilə video mesaj göndərən zaman müxtəlif filtrlər,
mətn yazıları və stikerlərdən istifadə edə bilərsiniz. Animoji mesajları ilə
artıq 30 saniyəyə qədər çəkiliş aparmaq mümkündür.
Ekran
vaxtı (Screen time)
iOS 12 ilə
gələn ən yeni və önə çıxan xüsusiyyətlərdən biri də Ekran Vaxtıdır. Bu bölmə
vasitəsilə cihazda keçirdiyiniz zamana nəzarət edə bilər, müxtəlif tətbiqlərin
istifadəsinə müddət limiti qoya bilər, ekran sönük halda yalnız istədiyiniz tətbiqlərdən
bildiriş ala bilərsiniz. Bundan başqa burada siz hansı tətbiqdən daha çox
istifadə etdiyinizi, istifadə müddətinizi, telefonu kiliddən çıxarıb, kilidə
salma sayını, ümumi nə qədər bildiriş aldığınızı və bu bildirişlərin sayının tətbiqlər
üzrə bölünməsini statistikalar və cədvəllərlə görə bilərsiniz.
Narahat
Etmə modu
Narahat Etmə
rejimi artıq daha da yaxşılaşdırılıb. Cihazda quraşdırılan “Bed time” zamanı
cihaza heç bir bildiriş gəlmir və telefon sizi bu müddətin başlanğıc və sonunda
xoş sözlərlə qarşılayır.
Qrup
Bildirişləri
iOS 12 ilə
bildirişləri artıq qruplandırmaq mümkündür. Belə ki, hər hansı tətbiqdən 2 və
ya daha çox bildiriş aldıqda, o, bildiriş mərkəzində həmin tətbiqlərə xas
qruplar halında sizə təqdim olunur. Bundan başqa bildiriş mərkəzindən bildirişlərin
tənzimləmələrini də idarə edə bilərsiniz.
Siri
qısayollar
Bu xüsusiyyət
vasitəsilə Siriyə əlavə etdiyini əmrlərə daha tez çata bilərsiniz. Məsələn Siriyə
“Sabah saat 8-ə zəngli saat qur” əmrini daxil etsəniz, Siriyə səslənib bu ifadəni
səsləndirdikdə, Siri qısa müddətdə Saat tətbiqində zəngli saat quraraq dediyinizi
edir. Bu yeniləmə ilə Siri daha da təkmilləşib və “ağıllanıb”.
Apple News, Stocks və Voice Memos tətbiqlərində
köklü interfeys və funksionallıq dəyişiklikləri edilib. Həmçinin iBook tətbiqi
artıq Books adlandırılıb və onun da interfeys dizaynı yenilənib. Bu yeniləmələr
ilə tətbiqlər daha da təkmilləşdirilmiş və istifadəsi asanlaşdırılmışdır.
Bundan başqa Car Play artıq 3-cü tərəf naviqasiya tətbiqlərini
də dəstəkləyir. İOS 12-də ARKit 2.0 iOS tətbiqləri içərisində artırılmış
reallığın daha çox faydalı olma potensialına malik olan yeni funksiyalar əlavə
edilib. Üz izləmə və obyektlərin göstərilməsi təkmilləşdirilmişdir və yeni 3D
obyektlərin aşkarlanması mümkün hala gəlib.
Apple, Pixar ilə yanaşı inkişaf etdirilən yeni USDZ fayl
formatını tətbiq edir. Bu, AR aktivlərinin sistem daxilində, Safari, Mesajlar,
Mail və daha çox istifadə olunmasına imkan verəcək. Apple USDZ-ə dəstək vermək
üçün Adobe kimi bir çox şirkətlə işləyir.
Yeni ARKit 2.0 dəyişikliklərinin bir hissəsi olaraq, Apple,
obyektlərin, xətlərin və dördbucaqlıların ölçülməsi üçün artırılmış reallıq
imkanlarından istifadə edən Measure adlı yeni bir tətbiq təqdim edib. Bu
tətbiq vasitəsilə siz real mühitdə mövcud olan əşyaların ölçüsünü ala bilərsiniz.
Tətbiq iPhone 7 və daha sonrakı iPhone cihazlarında aktivdir.
iOS 12 bütün cihazlar üçün aktivdir və hal hazırda endirib cihazınıza qura bilərsiniz.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Huawei Pura 70 və Pura 70 Pro təqdim olunublar - QİYMƏTİ
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)