main-post-cover

    İnternetdə Huawei Mate 30 Pro'nun unboxing videosu ortaya çıxdı (VİDEO)

    Elm & Texnologiya
    18.09.2019
    Emil Nəcəfov
        Artıq sabah Huawei şirkəti Münhendə yeni Mate 30 flaqman smartfon seriyasını təqdim edəcək. Bu səbəbdən bir çox mənbələr yeni Mate 30 smartfonları barəsində məlumat sızıntılarını çatdırırlar. İndi isə internetdə Mate 30 Pro modelinin unboxing videosu ortaya çıxıb. İlk videoda smartfon qutudan artıq yandırılmış vəziyyətdə çıxardılır. Videodan həmçinin smartfonun ekranını və arxa paneldə yerləşən kamera modullarını görmək olar.
        Bununla yanaşı smartfonun istifadəçi interfeysini də görmək olar. İkinci videoda isə smartfonun yandırılma prosesi əks olunub. Maraqlısı ondadır ki, bu zaman smartfon ekranında “Powered by Android” yazısı ortaya çıxır. Qeyd etmək lazımdır ki, Google servislərindən və Play Market-dən istifadə üçün lisenziyanın əldə olunmasında bu özəllik Google şirkəti tərəfindən təqdim olunan məcburi bir özəllikdir.
        Lakin məlumdur ki, ABŞ sanksiyaları səbəbilə Huawei şirkəti Google servislərindən istifadə edə bilməz. Bu halda şirkət açıq kod mənbəli Android versiyasından istifadə etməlidir və bunun olduğu təqdirdə smartfon ekranında “Powered by Android” yazısı əks olunmamalıdır. Ola bilsin ki, bu barədə dəqiq məlumat sabahki təqdimatda veriləcək. 
    Linki kopyala