main-post-cover

    Intel ən güclü CORE i9 prosessorunu noutbuklara gətirir

    Elm & Texnologiya
    03.04.2018
    Orxan Oguz
       Intel keçən il stolüstü komputerlər üçün ilk Core i9 prosessorunu təqdim etdikdən sonra eyni həmlənin noutbuklar üçün də təkrarlanması gözlənilirdi.
       Gözlənilən nəhayət ki, oldu və Intel, noutbuklar üçün ilk Core i9 prosessorunu tanıtdı. Şirkət, bunun indiyə qədər hazırladığı ən yaxşı oyun və məhsuldarlığa yönəldilmiş noutbuk prosessoru olduğunu xüsusi qeyd edir.
       Turbo boost ilə 4.8 GHz sürət əldə edə bilən bu prosessor 6 nüvəli və 12 icra vahidi təqdim edən ilk mobil Intel prosessoru adını qazanacaq. Şirkət bundan əvvəlki yeddinci nəsil İntel prosessorlarına nisbətən 29% ümumi sürət artımına diqqət çəkir. Oyun baxımından performans artımı 41% artmaqla yanaşı, 4K video tənzimləmə sürəti də 59%-ə yaxın artım göstərir. 

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər