main-post-cover

    Instagram IGTV'yə üfüqi videolar dəstəyini əlavə etdi

    25.05.2019
    Emil Nəcəfov
        Keçən il Instagram özünün IGTV adlı video servisini təqdim etmişdi. Həmin servis uzun xronometrajlı şaquli videoların baxılması üçündür. İndi isə həmin servis üçün yeni özəllik təqdim olunub. Bu barədə Gagadget saytı xəbər verib. Bundan sonra IGTV üfüqi videoları da dəstəkləyəcək. Bu cür funksiya sayəsində videokontent yaradıcıları öz abunəçiləri ilə daha sıx şəkildə qarşılıqlı əlaqədə ola biləcəklər. Təbii ki, şaquli video formatı olduğu kimi yerində qalacaq. Şirkətin sözlərinə əsasən şaquli video formatı daha çox özəl videolar üçün yaxşı seçimdir. Bu formatdan öz auditoriyasına yaxın olmaq istəyən insanlar istifadə edirlər. Üfüqi video formatı isə idman tədbirlərinin, rəqslərin və s. kimi əyləncə kontentlərinin baxılması üçün uyğun gəlir. Üfüqi video formatı artıq hamı üçün aktiv olmalıdır.
    Linki kopyala