main-post-cover

    Instagram'da süni şəkildə qaldırılmış statistikalar silinəcək

    20.11.2018
    Farid Pardashunas
        Instagram tərtibatçıları fotoservis hesablarının abunəçilərinin saylarının süni şəkildə qaldırılması ilə mübarizə üsullarının daha da sərtləşdirildiyindən danışıblar. Belə ki, bugündən etibarən Instagram servisi istifadəçi hesablarında süni şəkildə çoxaldılmış abunəçi sayı, bəyənmə və şərhləri siləcək. Hansısa Instagram hesabının statistikalarını süni şəkildə qaldıran, şərh yazan, bəyənmə əlavə edən və ya sadəcə olaraq abunə olan hesablar xüsusi xəbərdarlıq əldə edəcəklər. Həmin xəbərdarlıqda onların etdikləri cəhdlərin silindiyi qeyd olunacaq.

        Əgər istifadəçi şübhələnsə ki, onun qeydiyyatdan keçdiyi hansısa servis vasitəsilə onun Instagram hesabının statistikaları süni şəkildə qaldırılır, o, Instagram hesabının şifrəsini dəyişməlidir. Instagram tərtibatçıları machine learning əsaslı xüsusi alətlər yaradıblar. Həmin alətlər isə süni şəkildə bəyənmə, şərh və abunə olmaq cəhdlərini edən hesabları təyin etməyi bacarır. Instagram tərtibatçıları qeyd ediblər ki, fotoservisin hesabının statistiklarının kənar servislər vasitəsilə süni şəkildə qaldırılması Instagram cəmiyyətinin və sosial şəbəkədən istifadə qaydalarını pozur. Hansısa şəxs öz Instagram hesabının statistikalarını kənar tətbiq vasitəsilə qaldırmaq istəyəndə, o öz hesabının login və şifrəsini həmin tətbiqə təqdim etməli olur.
        Bəzən bu cür tətbiqlər Instagram hesabının sahibinin xəbəri olmadan həmin hesabdan istifadə edir və ya həmin hesabla digər istifadəçilərin statistikalarını süni şəkildə qaldırmağa çalışır. Instagram-ın bu xəbərdarlığından sonra da statistikaları süni şəkildə qaldırmağa davam edəcək istifadəçilər barəsində hansı tədbirlərin görüləcəyi barəsində məlumat verilməyib. Lakin Instagram bildirib ki, yaxın zamanda bu məsələ ilə bağlı daha geniş yenilənmə təqdim olunacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər