main-post-cover

    İnstagram'da gizli profilləri göstərən Ghosty tətbiqi Play Store'dan silindi

    Elm & Texnologiya
    19.11.2019
    Nijat Hamid
            Son günlərdə adını tez-tez eşitdiyimiz və İnstagram'da gizli profillərə baxmağa imkan verən Ghosty tətbiqi nəhayət ki, Google tərəfindən zərərli proqram olaraq görülüb Play Store'dan silindi. Həm İnstagram'ın, həm də Play Store'un gizlilik qaydalarını pozan tətbiq bir müddətdir Google tərəfindən araşdırılır. Araşdırmalar sona çatanda isə proqramın zərərli olması səbəbilə Play Store üzərindən silindi. Əlbəttə internetdən apk üsulu ilə proqramı təkrar yükləmək mümkün olsa da, yaxın günlərdə İnstagram da bir sıra təhlükəsizlik addımları ataraq proqramın istifadəsinin qarşısını ala biləcək.

    Ghosty tətbiqinin işləmə prinsipi necədir ? 

            Ghosty tətbiqi İnstagram giriş APİ'lərindən istifadə edərək unfollow proqramları kimi şəxsin profilinə daxil olur. İstifadəçi login və parolu verdikdən sonra tətbiq profilə daxil olaraq gizli profilləri təyin edir. Bu profillərdən hər hansı birinə baxmaq istədikdə proqram fərqli bir sessiya açaraq ( hansı ki əvvəlcədən şifrəsini verərək girən istifadəçinin sessiyası) profilə baxmaq istəyən şəxsə gizli profili tamamilə açıq şəkildə göstərir. 1 il öncə İnstagram unfollow proqramlarını bloklamaq üçün giriş apilərində bir sıra təhlükəsizlik tədbirləri görmüşdü. Nəticədə bir müddətlik bu tətbiqlər işləmədi. Lakin hal-hazırda yenə giriş apiləri bu tip proqramlara açıqdır. Ümid edirik İnstagram da Ghosty proqramının işləməsinin qarşısına alar. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər