İnsayderlər: MediaTek şirkəti Dimensity seriyasına daxil olacaq yeni flaqman prosessor üzərində çalışır
Elm & Texnologiya
19.01.2021
Farid Pardashunas
Son zamanlar bazarda ən böyük prosessor istehsalçılarından birinə çevrilmiş MediaTek şirkəti artıq sabah yeni flaqman mobil prosessorunu təqdim edəcək. Yeni flaqman prosessor Dimensity seriyasına daxil olacaq. İndi isə məlum olub ki, MediaTek şirkəti Dimensity 1200 ilə yanaşı həmçinin daha təkmilləşdirilmiş flaqman mobil prosessor üzərində çalışır. Bu barədə 4pda saytı xəbər verib. Verilmiş yeni məlumata əsasən şirkət hələki Dimensity 1200 və onun daha sadə versiyası olacaq Dimensity 1100 prosessorlarını təqdim edəcək.
Qeyd etmək lazımdır ki, Dimensity 1100-də nüvələrin tezlikləri 2.6 GHz-ə endirilib. Bununla belə o, 108 MP-lik kameraların və 144 Hz-lik təsvir yenilənməsinə sahib ekranların dəstəyini də əldə edəcək. MediaTek-ə yaxın olan mənbələrin verdikləri məlumatlara inansaq, şirkət 5 nanometrlik prosessorların istehsalı üzrə əlavə sifarişlərə sahibdir. Sifarişçilər arasında isə OPPO, Vivo və Honor kimi şirkətlər var. Daha təkmilləşdirilmiş flaqman prosessorun bu ilin 4-cü rübündə təqdim olunacağı gözlənilir. Güman olunur ki, söhbət, X2 və A79 nüvələrinə sahib olacaq Dimensity 2000 prosessorundan gedir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
YouTube öz yeni dizaynını test etməyə başlayıb
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)