main-post-cover

    İnsayderlər Apple şirkətinin gizli layihələri barəsində məlumat veriblər

    Elm & Texnologiya
    30.06.2019
    Farid Pardashunas
        Apple şirkətinin baş dizayneri Jony Ive-ın şirkətdən ayrılması xəbərindən sonra internetdə onun daha öncədən üzərində çalışdığı gizli layihələr barəsində məlumatlar ortaya çıxmağa başladı. The Information saytı öz mənbələrinə istinadən Jony Ive-ın öz komandası ilə çalışdığı gizli Apple layihələrini ortaya çıxardıb. Bu barədə Macrumors saytına istinadən 4pda saytı xəbər verib. Beləliklə hesabatda qeyd olunub ki, Jony Ive bir neçə pilotsuz avotomobil dizaynının prototipini yaradıb. Həmin prototiplər barəsində məlumat çox azdır. İnsayderlərin sözlərinə əsasən həmin prototiplərdən biri ağac və dəri materialdan hazrlanmışdı.

        Həmin dizaynın əsas üstünlüklərindən biri də avtomobilin tamamilə sükansız olması idi. Bu özəllik Jony Ive-ın təkidi ilə reallaşdırılmışdı. Məlumatda qeyd olunub ki, Ive avtomobilin idarəolunmsını Siri səsli köməkçisi vasitəsilə reallaşdırmaq istəyirdi. Bu konsepti Apple CEO-su Tim Cook-a sərgiləmək üçün həmçinin xüsusi aktrisa da layihəyə cəlb olunmuşdu. O, Siri səsli köməkçinin səsini imitasiya edərək şirkət rəhbərliyinin səsli əmrlərinə cavab verirdi. Tim Cook-un və digər şirkət menecerlərinin bu konseptə necə reaksiya verdikləri barəsində bir məlumat yoxdur. Lakin qeyd etmək lazımdır ki, bir neçə gün bundan öncə Apple şirkəti pilotsuz avtomobillər üçün idarəetmə sistemlərinin hazırlanması ilə məşğul olan Drive.ai adlı startapı aldı. Bu isə o deməkdir ki, şirkət hələ də özünün pilotsuz avtomobil layihəsi üzərində çalışır.

        The Information saytının mənbələri həmçinin qeyd ediblər ki, Jony Ive Apple şirkəti üçün televizor dizaynı üzərində də çalışıb. Qeyd etmək lazımdır ki, bu cür televizor barəsində məlumatlar artıq uzun müddətdir ki, internetdə gəzir. Məlumatda qeyd olunub ki, sözügedən televizor minimalistik dizayna sahib olub və xarici görünüşcə şüşə parçasına oxşayıb. Həmçinin Jony Ive 2012-ci ildə Apple Watch smart saatının prototipini yaratmışdı. Yəni rəsmi təqdimatdan 3 il qabaq. Qeyd etmək lazımdır ki, Jony Ive 30 ilə yaxın Apple şirkətində çalışdı. Lakin o özünün LoveFrom adlı dizayn studiyasını açmaq niyyəti ilə şirkətdən ayrılmaq qərarını verdi.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər