main-post-cover

    İnsayderlər: Apple özünün Nintendo Switch analoqu üzərində çalışır

    Elm & Texnologiya
    13.10.2021
    Farid Pardashunas
        İnsayderlərin verdikləri məlumata əsasən Apple şirkəti oyun sənayesinə daxil olmağa hazırlaşır. Belə ki, internetdə Apple şirkətinin ilk oyun konsolu barəsində güman olunan məlumatlar ortaya çıxıb. Ortaya çıxmış məlumatlarda qeyd edilib ki, Apple şirkətinin oyun konsolu Nintendo Switch tərzində olacaq. Yəni oyun konsolu portativ formatda reallaşdırılacaq və bununla yanaşı onun imkanlarını qoşula bilən müxtəlif təchizatlarla genişləndirmək mümkün olacaq. Başqa sözlə desək, Apple şirkətinin oyun konsolu hibrid formatda reallaşdırılacaq. Apple şirkətinin fərdi prosessoru ilə təchiz olunacaq oyun konsolu The Legend of Zelda: Breath of the Wild, Super Mario Odyssey kimi AAA oyunlar və Apple Arcade kataloquna daxil olan mobil oyunlar üçün nəzərdə tutulacaq.
        Portativ oyun konsolunun mövcudluğuna dair işarə hələ 2019-cu ildə verilmişdi. Belə ki, həmin ildə Nintendo Switch-in Joy-Con adlı idarəetmə gamepadlarına bənzər cihazların patenti qeydiyyatdan keçirilmişdi. Gözləntilərə əsasən Apple şirkətinin oyun konsolu AR (artırılmış reallıq) və VR (virtual reallıq) texnologiyalarının dəstəklərini əldə edəcək. Bununla yanaşı bir neçə müddət bundan öncə təqdim edilmiş hesabatda qeyd edilmişdi ki, bəzi böyük oyun studiyaları artıq Apple şirkətinin oyun konsolu üçün bir sıra oyunları hazırlayırlar. Gözləntilərə əsasən Apple şirkətinin ilk oyun konsolu 449$-549$ qiymətində satılacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər