main-post-cover

    İnsayderlər Intel şirkətinin 5 nanometrlik prosessorlarının nə zaman istehsal olunacaqlarını öyrəniblər

    Elm & Texnologiya
    24.11.2020
    Emil Nəcəfov
        Intel şirkəti özünün 7 nanometrlik prosessorlarını hələ təqdim etməyib. Lakin buna baxmayaraq insayderlər Intel şirkətinin 5 nanometrlik prosessorlara keçid planından xəbər veriblər. Belə ki, internetdə 5 nanometrlik Intel Core prosessorlarının nə zaman istehsal olunacaqları barəsində məlumat ortaya çıxıb. Bu barədə 4pda saytı xəbər verib. Tayvanın kütləvi informasiya vasitəsinin verdiyi məlumata görə 5 nanometrlik Intel Core i3 prosessorlarının istehsalına 2022-ci ildə TSMC şirkətinin zavodunda start veriləcək.
        Maraqlısı ondadır ki, indiki vaxta kimi Intel şirkəti çinli partnyorları birlikdə çalışaraq öz prosessorlarının istehsalı prosesini maksimal dərəcədə nəzarətdə saxlamağa çalışırdı. Əgər bu məlumat həqiqətən də doğrudursa deməli Intel şirkəti 5 nanometrlik prosessorların istehsalını tamamilə TSMC şirkətinə ötürəcək. Bununla yanaşı məlumata əsasən Intel ilə birlikdə TSMC ilə əməkdaşlıqda Qualcomm şirkəti də maraqlıdır və o, 2022-ci ildə özünün 4 nanometrlik Snapdragon 895 prosessorunun istehsalını məhz TSMC şirkətinə ötürə bilər.
    Linki kopyala