main-post-cover

    İnsanların kompüterləri vasitəsilə kriptovalyutaların yeni gizli mining üsulu aşkar edilib

    Elm & Texnologiya
    30.11.2017
    Farid Pardashunas
    Mütəxəssislər kriptovalyuta yığılmasının yeni gizli sxemini aşkar ediblər.
    Bu sxem sayəsində istifadəçi əgər bu prosesi hərəkətə gətirən saytdan çıxsa belə, kompüterin prosessoru çalışmağa və yüklənməyə davam edir. Gizli şəkildə kriptovalyuta mining-i son aylarda çox məşhurluq qazanıb. Belə ki, hackerlər sizin də xəbəriniz olmadan kompüterinizi mining üçün istifadə edə bilərlər. Bu halda kriptovalyutaların yığılması, hack olunmuş və ya şəbəkə istifadəçilərinin kompüterlərinin gücünü işə salan kodu özündə birləşdirən saytlardan istifadə edən istifadəçilərin kompüterlərinin mərkəzi prosessorlar resursları hesabına aparılır.

    Təbii ki, bu zaman əldə olunmuş gəlir ya hackerlərə yada sayt sahiblərinin ciblərinə gedir. Lakin adətən bu sxemin çalışma üsulu elə qurulub ki, mining prosesi istifadəçi saytda qaldığı müddətdə davam edir. İstifadəçi həmin saytdan çıxan zaman isə bu proses dayanır. Lakin tədqiqatçılar tərəfindən aşkar edilmiş yeni üsul vasitəsilə istifadəçi saytdan çıxsa və ya hətta brauzeri bağlasa belə mining prosesi davam edir. Zərərli kod hər dəfə peyda olan pəncərəni Windows-un aşağı paneldə yerləşən saatın arxasında gizlədir.
    İstifadəçi həmin pəncərəni bağlamadığı müddətcə istifadəçidən gizlin şəkildə prosessorun resurslarından istifadə olunaraq mining prosesi gedir. Bununla belə prosessora olan yüklənmə hiss edilə biləcək səviyyədə olur. Lakin o, o səviyyəyə çatmır ki, istifadəçi hansısa mühəndisə müraciət etsin. Mütəxəssislər qeyd ediblər ki, yeni mining sxemi qarşısında istənilən brauzer və əməliyyat sistemləri acizdir. Buna görə də onlar task manager vasitəsilə hansısa şübhəli əməliyyatların və ən əsas da brauzerlərlə bağlı artıq olan əməliyyatların olub-olmadığını yoxlamağı istifadəçilərə məsləhət görürlər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər