İnsanlar soyuq havada iPhone X-in ekranının çalışmamasından şikayətlənirlər (VİDEO)
10.11.2017
Farid Pardashunas
Bir neçə iPhone X istifadəçisi soyuq havada yeni smartfonun ekranının çalışmamasından şikayətçi olub.
İstifadəçilər qeyd edirlər ki,
soyuq havada iPhone X-in ekranı toxunuşlara reaksiya vermir və ya hansısa kliklərə
gecikmə ilə reaksiya verir. Bu problem əsasən istifadəçinin isti məkandan soyuq
havanın hökm sürdüyü açıq əraziyə çıxdığı zaman yaşanır. Təəccüblüsü ondadır
ki, smartfonun ekranı bir neçə dəqiqədən sonra deyil, ani olaraq çalışmaqdan
imtina edir.
“Mən fikir verdim ki, küçəyə çıxandan sonra mənim iPhone X-im barmaq toxunuşlarına reaksiya vermir. Hansısa bağlı məkandan çıxandan heç 2 saniyə keçməmiş smartfonun ekranı çalışmaz hala gəlir. Mən veb saytları açmağa çalışıram, lakin o, barmaq toxunuşlarına reaksiya vermir. Bu çox qıcıqlandırır” – deyə Reddit istifadəçilərindən biri qeyd edib.
Digər istifadəçilər də soyuq
havada bu problemin baş verdiyini təsdiqləyiblər. Bəziləri qeyd ediblər ki, bu
problem smartfonun blocka salınıb, daha sonra blockdan çıxarılması vasitəsilə həll
olunur. Bu isə o deməkdir ki, sözügedən problem çox güman ki, smartfonun
texniki tərəfdən yox, proqram təminatı tərəfdən yaranır. "Apple” bu problemi təsdiqləyib və
bununla bağlı rəsmi məlumat verib.
“Biz, iPhone X-in soyuq havada anidən barmaq toxunuşlarına reaksiya verməməsindən xəbərdarıq. Bir neçə saniyədən sonra smartfon əvvəlki kimi işlək hala gəlir. Bu vəziyyət yeni çıxacaq proqram təminatı vasitəsilə aradan qaldırılacaq”.
Update! The temperature finally dipped to just about 32ºF/0ºC and my iPhone X keyboard became somewhat unresponsive. I'm glad Apple is working on a fix for this. pic.twitter.com/g3jkrUWijj— Joe Rossignol (@rsgnl) 10 ноября 2017 г.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Galaxy C seriyası geri qayıtdı: Samsung Galaxy C55 5G smartfonu təqdim edilib - QİYMƏTİ