main-post-cover

    İnformasiya təhlükəsizliyi sahəsində mütəxəssislər üçün keçirilən CTF2018 müsabiqəsinin qalibləri müəyyən edildi

    Elm & Texnologiya
    24.12.2018
    Farid Pardashunas
        22 dekabr tarixində HYATT REGENCY otelində CTF (Capture the flag) müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirildi. Tədbir Azərbaycanda artıq ardıcıl 2 ildir ki keçirilir. Müsabiqə çərçivəsində bütün ölkənin kibertəhlükəsizlik üzrə mütəxəssisləri öz güclərini sınaya bilərdilər. CTF formatı mütəxəssislərin kompüter sistemlərinə hücum və mühafizəsi üzrə bacarıq və səriştələrini qiymətləndirməyə imkan verirdi.
        Müsabiqənin təşəbbüskarları olan SmartIT və SolidLab şirkəti rəhbərləri olan Qurban Zeynalov və Andrey Petuxov şəxsində müsabiqə iştirakçılarının həm kəmiyyət həm də keyfiyyət baxımdan artdığını, yaxşı hazırlıq səviyyələrinin olmasını vurğulayaraq daha böyük nailiyyətlər əldə etmələrini tövsiyyə etmişlər.
        İştirakçılara informasiya təhlükəsizliyi məsələlrinə həsr edilmiş əhatəli master-klass keçirilmişdir. Kibertəhlükəsizliyin aktual mövzularına dair aktiv müzakirələr, fikir və həlli yolları mübadiləsi aparılmışdır.
        Müsabiqədə 40 artıq komanda iştirak etmiş və nəticədə üçüncü yerin sahibi ʞɔɐɥʎɐр komandası, ikinci yerin sahibi ken0m komandası, birinci yerə isə adderall komandası sahib olmuşdur. Qaliblər rəsmi diplom ilə birlikdə təşkilatçılardan dəyərli mükafatlar almışlar.
        Xatırladaq ki yarışlar real vaxt rejimində www.ctf.az saytında keçirilirdi. Müsabiqənin əsas məqsədləri informasiya təhlükəsizliyi sahəsində mütəxəssislərin praktiki biliklərinin inkişafı, eləcə də bu sahədə olan mütəxəssislərin birliyinin formalaşdırılmasıdır.
        Müsabiqə çərçivəsində iştirakçılara veb-tətbiqetmələrdə olan zəfliklərin istismarı, kriptoqrafiya, binar tətbiqetmələrdə olan pozuntuların istismarı, tərs mühəndislik, və s. bu kimi mövzular üzrə tapşırıqların həllini tapmaq təklif olunmuşdu.
        Dünya CTF yarışı haqqında iyirmi ildən də artıq müddət öncə xəbərdar olub. CTF yarışı ilk dəfə olaraq Las-Veqasda, DEF CON konfransında doxsanıncı illərin əvvəlində keçirilib. DEF CON CTF kompüter təhlükəsizliyi üzrə dünyanın ən nüfuzlu və məşhur yarışı sayılır.
        Yarışların təşkilatçıları şəbəkə perimetrinin, məlumatların və tətbiqetmələrin müdafiəsinə fokuslanmış, həmçinin kiber-insidentlərin qarşısının alınması üzrə həllər təqdim edən SmartIT (www.smartit.az) və tətbiqetmələrin təhlükəsizlik auditi, sızmaların testi və kod auditi üzrə ixtisaslaşan Solidlab (www.solidlab.ru) şirkətləridir. Müsabiqəyə informasiya dəstəyini Elektron Təhlükəsizlik Xidməti CERT (www.cert.az) göstərir.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər