main-post-cover

    İlin ən böyük 'Hackathon'u gəlir - 'Barama FinTech Hackathon 2017 '

    20.10.2017
    Farid Pardashunas
       Artıq ənənə halını alan "Hackathon" yarışı AzercellPAŞA Bank-ın dəstəyi ilə hər il təşkil olunur. Bu dəfə "Fintech" mövzusunda təşkil olunan "hackathon"un əsas dəstəkçilərindən biri də ADA Universitetidir. 36 saat proqramçıların dayanmadan yarışdığı bu müsabiqə dünyanın bir çox ölkəsində müxtəlif formatlarda təşkil olunur. Bu dəfə daha böyük konsepti əhatə edən "hackathon" məkan olaraq Barama İnnovasiya və Sahibkarlıq Mərkəzində yox ADA Universitetində təşkil olunacaq. Ənənvi olaraq "Özsüt"ün qida dəstəkçisi olduğu tədbirin əsas və yeganə media tərəfdaşı isə "Technote.az" dır. İndi isə keçək əsas məsələyə.
    Bu dəfə "Hackathon" iştirakçılarını nələr gözləyir? Və qedyiyyat üçün nələr tələb olunur?
        Mövzu sadədir. Son illərin trend mövzusuna çevrilən "Fintech", "Hackathon"un əsas mövzusudur. 36 saat fasiləsiz kodlaşdırma edən proqramçılardan əsas tələb isə, məhz "Fintech" mövzulu tətbiq yaratmalarıdır. 15 komandanın qəbul ediləcəyi bu tədbiri proqramçıların bayramı da adlandıra bilərik. Həmişə olduğu kimi, bol qida, yuxusuz gecə və kodlu saatlar proqramçıları gözləyir. Təbii ki, bir də Fərid Pərdəşünasın xüsusi gecə reportajları bu tədbirin ayrılmaz parçasıdır.
        Qeydiyyat artıq daha sadə hal alıb. 15 yaşından yuxarı hər bir şəxs öz komandası ilə birlikdə yarışın iştirakçısı ola bilər. Bunun üçün sadəcə qeydiyyatdan keçmək tələb olunur. Hər bir komandanın heyyəti minumum 3, maksimum 5 nəfərdən ibarət olmalıdır. Seçilmiş komandaların adları 26 Oktyabr tarixində məlum olacaq. Qeydiyyat üçün isə son tarix 25 Oktyabr göstərilib. Bu da o deməkdir ki, artıq tələsmək vaxtıdır. Yarış 28-29 Oktyabr tarixlərində baş tutaca və 2 günü əhatə edəcək.
        Müraciətlərin çoxluğunu nəzərə alaraq komandaların seçimi zamanı əsas diqqət ediləcək məqam təbii ki, komandanın gücü və gördüyü işlərdir. Məsləhətdir ki, komanda proqramçı, dizayner və məhsulu yaxşı təqdim edən 3 nəfərdən ibarət olsun.
        2 gün davam edəcək bu maraqlı yarışda qalibləri hədiyyələr də gözləyir. Açığı bu tipli yarışlarda hədiyyə əhəmiyyət kəsb etməsə də sponsorlar qalibləri mükafatlandıracaq. 1-ci yeri tutmuş komanda ümumi mükafat dəyəri 1500 AZN olan kupon hədiyyə qazanacaq. Uyğun olaraq 2 və 3-cü yeri tutmuş komandalar isə 750 450 AZN-lik hədiyyə kuponlar qazanacaqlar.
        Məkan olaraq ADA Universiteti bu tipli tədbir üçün ideal görünür. Nəzərə alsaq ki, bu tipli böyük tədbirlərin keçirilməsi də ADA Universitetinin kifayət qədər böyük təcrübəsi var. Qidalanma mövzusunda isə Özsüt Restoranlar şəbəkəsi yenə proqramçıların yanındadır və yuxusuz developerlər bu yarışda qətiyyən ac qalmayacaqlar. Təşkilatçılıq mövzusunda isə Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi belə desək yenə baş roldadır.
        Siz developerlərə qalan son şey isə sadəcə qeydiyyatdan keçib, adınızı komandalar siyahısına yazdırmaqdır. Təbii ki, Technote olaraq proqramçıların yanındayıq və ən son məlumatları elə bizdən əldə edəcəksiniz. Bir də çox maraqlı şəkillərinizi hər an sosial mediada görə biləcəksiniz. Elə isə indi qeydiyyatdan keçmək zamanıdır. Ətraflı məlumat üçün tədbirin rəsmi saytına daxil ola bilərsiniz.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər