İki Galaxy Note 10 modeli Geekbench testlərindən keçdi
Elm & Texnologiya
05.06.2019
Farid Pardashunas
Məşhur Geekbench bençmark saytının məlumatlar bazasında iki ədəd Galaxy Note 10 smartfon modeli aşkar edilib. Bir sıra mənbələrin verdikləri məlumata əsasən bunlar 5G şəbəkə dəstəkli Galaxy Note 10 modelləridir. Bu barədə Gagadget saytı xəbər verib. Birinci model SM-N976V nömrəsinə sahibdir və o, Snapdraagon 855 prosessoru və 12 GB RAM ilə təchiz olunub.
Onun nömrəsinin sonunda olan V hərfi isə ona işarə edir ki, sözügedən Galaxy Note 10 modeli ABŞ-ın Verizon mobil operatoruna aiddir. Bu model Geekbench-in birnüvəli testində 3529 xal, çoxnüvəli testində isə 10840 xal toplayıb. Məlumatlar bazasında aşkar edilmiş ikinci Galaxy Note 10 modeli SM-976B nömrəsinə sahibdir. Bu isə o deməkdir ki, ikinci model Boost Mobile adlı mobil operatoruna aiddir.
Aşkar edilmiş ikinci Galaxy Note 10 modeli isə Exynos 9825 prosessoru və 8 GB RAM ilə təchiz olunub. İkinci model Geekbench-in birnüvəli testində 3557 xal, çoxnüvəli testində isə 9654 xal toplayıb. Qeyd etmək lazımdır ki, Galaxy Note 10 seriyasının təqdimatının avqust ayında baş tutacağı gözlənilir. Həmin təqdimatda 4 ədəd Galaxy Note 10 modelinin təqdim olunacağı güman edilir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Huawei Pura 70 və Pura 70 Pro təqdim olunublar - QİYMƏTİ
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək