main-post-cover

    IFA 2017: 'Sony', iki flaqman və bir büdcəli smartfon modellərini təqdim etdi

    Elm & Texnologiya
    31.08.2017
    Farid Pardashunas

    Berlində keçirilən IFA 2017 tədbirində “Sony” şirkəti, iki flaqman və bir ədəd büdcəli smartfon təqdim etdi.

    Hər iki flaqman model, 3D skan texnologiyiasına və yeni nəsil Motion Eye kamerasına sahibdir. Təqdim olunmuş büdcəli smartfon Xperia XA1 Plus, alüminiumlu kənar çərçivələrə sahibdir. Cihaz, 5.5 inç Full HD ekran, Mediatek Helio P20 prosessoru, 4 GB RAM, 32 GB daxili yaddaş, 23 MP-lik arxa, 8 MP-lik ön kamera və 3430 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Smartfonun arxa kamerası, F2.0 optikasına sahib olduğu üçün o, az işıqlı mühitdə keyfiyyətli fotolar çəkməyə qadirdir. 8 MP-lik ön kamera isə genişbucaqlı 23 mm-lik obyektivə sahibdir. Bu büdcəli modeldə olan Smart Cleaner funksiyası isə işlədilməyən tətbiqləri deaktiv etmək və keşi təmizləmək üçün yarayır. Smartfon, Android 8.0 Oreo əməliyyat sistemi vasitəsilə çalışacaq. Xperia XA1 Plus, bu ilin payız fəslində satışa çıxacaq.
     
    Xperia XZ1 haqqında məlumatlar və onun fotoları daha öncə də sızdırılmışdı. Bu modelin korpusu dözümlü metaldan hazırlanmışdır. Bundan əlavə olaraq smartfon IP65/IP68 standartlarına uyğun olaraq sudan və tozdan qorunmaya da sahibdir. Onun ekranı isə Corning Gorilla Glass 5 şüşəsi vasitəsilə qorunur. Texniki göstəricilərinə gəldikdə isə Xperia XZ1, 5.2 inç Full HD ekran, Snapdragon 835 prosessoru, Adreno 540 qrafik gücləndiricisi, 4 GB RAM, 64 GB daxili yaddaş, saniyədə 960 kadr çəkən 19 MP-lik arxa kamera, 13 MP-lik ön kamera və 2700 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Bundan əlavə olaraq bu model vasitəsilə 4 rejim üzrə skan etmək mümkündür. Baş hissənin skanı, üz hissənin skanı, yeməklərin skanı və azad şəkildə skan. Xperia XZ1 də Android 8.0 Oreo əməliyyat sistemi vasitəsilə çalışacaq və o, Oktyabr ayında 770$ qiymətində satışa çıxacaq.
    Flaqman modelin kompakt versiyası olan Xperia XZ1 Compact, 4.5 inç HD ekran, Snapdragon 835 prosessoru, Adreno 540 qrafik gücləndirici, 4 GB RAM, 32 GB daxili yaddaş, saniyədə 960 kadr çəkən 19 MP-lik Motion Eye arxa kamera, 8 MP-lik ön kamera və 2700 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Bu model də Android 8.0 Oreo əməliyyat sistemi vasitəsilə çalışacaq. Qeyd etmək laızmdır ki, kompakt versiyanın ekranı da Corning Gorilla Glass 5 şüşəsi qoruyur. Xperia XZ1 Compact da Oktyabr ayında satışa çıxacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər