main-post-cover

    Huawei yeni smart televizorunu təqdim edib - QİYMƏTİ

    Elm & Texnologiya
    25.11.2022
    Emil Nəcəfov
        Huawei şirkəti Smart Screen seriyasına daxil olan yeni böyük ölçülü televizorunu təqdim edib. Təqdim edilmiş yeni televizor Huawei Smart Screen S75 adını əldə edib. Beləliklə sözügedən televizor 60 Hz-lik təsvir yenilənməsinə sahib 4K ULTRA HD keyfiyyətli maye kristallik ekran ilə təchiz olunub. Televizor 1.03 milyard rəngi əks etdirir və DCI-P3 rəng mühitinin 92%-ni əhatə edir. Bununla yanaşı Smart Screen S75 modeli özündə hər biri 10 vatt gücündə olan 4 ədəd səsgücləndiricini birləşdirir. Televizor 3 GB RAM və müxtəlif tətbiqlərin yazılması üçün nəzərdə tutulmuş 32 GB daxili yaddaş həcmi ilə təchiz olunub. Smart Screen S75 modeli yenilənmiş Wi-Fi modula, NFC çipə, 2 ədəd HDMI girişinə, 1 ədəd USB 2.0 girişinə, 1 ədəd RJ-45 girişinə və 1 ədəd AV girişinə sahibdir. Bundan əlavə olaraq sözügedən televizor smart ev cihazlarının idarəetmə mərkəzi qismində də istifadə edilə bilər. Çin bazarında Huawei Smart Screen S75 850$ qiymətində satışa çıxıb. Televizorun qlobal bazarda satılıb-satılmayacağı məlum deyil.
    Linki kopyala