main-post-cover

    Huawei yeni Kirin prosessor modelini təqdim etməyə hazırlaşır

    Elm & Texnologiya
    22.02.2020
    Farid Pardashunas
        Yaxın günlərdə Huawei şirkəti yeni smartfon modellərindən əlavə olaraq yeni Kirin prosessorunu da təqdim etməyi planlaşdırır. Bu barədə Gizchina saytı xəbər verib. İnsayderlərin əldə etdikləri məlumatlara əsasən şirkətin yeni prosessor modeli Kirin 820 5G olacaq. Məlumata əsasən sözügedən prosessorun hazırlanmasında təkmilləşdirilmiş 6 nanometrlik texnoloji prosesdən istifadə edilib.
        Kirin 810 prosessorunun istehsal olunduğu 7 nanometrlik texnoloji prosesdən fərqli olaraq yeni nəsil Kirin 820 5G-də tranzistorların sıxlıqları 18% yüksəlib. Gözləntilərə əsasən Kirin 820 5G prosessorunun irimiqyaslı istehsalına bu ilin ikinci rübündə start veriləcək. Bu prosessor yeni Huawei nova smartfon seriyasına və Honor 10X modelinə quraşdırıla bilər.
        Beləliklə bu prosessor sayəsində həmin smartfonlar 5G şəbəkəsini dəstəkləyə biləcəklər. İnsayderlər əmindirlər ki, yeni prosessorun təqdimatı məhz 24 fevral tarixində baş tutacaq. Qeyd etmək lazımdır ki, həmin təqdimat tədbiri çərçivəsində Huawei həmçinin yeni qatlana bilən smartfon modeli Mate Xs-i də təqdim etməlidir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər