Huawei Watch GT4 flaqman smart saatı təqdim edilib - QİYMƏTİ

Huawei Watch GT4 flaqman smart saatı təqdim edilib - QİYMƏTİ

Texnologiya
15.09.2023 PAYLAŞIM

    Huawei şirkəti Watch GT4 adlı yeni flaqman smart saatını təqdim edib. Sözügedən smart saat iki gövdə ölçüsündə təqdim edilib. Onlardan biri 41 mm-lik, digəri isə 46 mm-lik gövdə ölçüsünə sahibdir. 41 mm-lik gövdə ölçüsünə sahib model 466x466 piksel keyfiyyətli 1.32 düym AMOLED ekran, 46 mm-lik gövdə ölçüsünə sahib model isə eyni keyfiyyətdə 1.43 düym AMOLED ekran ilə təchiz olunub. Hər iki modelin ekranı Always-on-Display funksiyasını dəstəkləyir. Bundan əlavə olaraq hər iki modelin gövdəsi paslanmaz poladdan hazırlanıb və 50 metr su dərinliyinə tab gətirə bilir. Sözügedən smart saat bədən temperaturunu ölçə, qandakı oksigen miqdarını təyin edə və ürək döyüntüləri ritmini ölçə bilir.


    Üstəlik Huawei Watch GT4 qadınlarda menstrual dövrlərin monitorinqini də reallaşdırmağa imkan verir. Huawei Watch GT4-də istifadəçi səhhətinin monitorinqi üçün nəzərdə tutulmuş TrueSeen 5.5+ adlı texnologiya reallaşdırılıb. Bu texnologiya deep learning əsaslı alqoritm vasitəsilə çalışır. Bunun sayəsində istifadəçi qan-damar göstəricilərinin ölçülməsi zamanı 30% daha dəqiq nəticələri əldə edir. Smart saatda reallaşdırılmış TrueSleep 3.0 texnologiyası isə yuxu keyfiyyətinin yaxşılaşdırılması üçün nəzərdə tutulmuş məsləhətləri təqdim edir. Huawei Watch GT4 özündə GPS-i, kontaktsız ödənişlər üçün NFC çipi və 100-dən çox idman rejimini birləşdirir. Huawei şirkətinin bu yeni smart saatının satışlarına 4 oktyabr tarixində start veriləcək və satış qiyməti 250 avrodan başlayacaq.



DAHA ÇOX


Google şirkəti bugün 25 yaşını qeyd edir

Dünyanın ən nüfuzlu texnoloji şirkətlərindən biri olan Google bugün 25 yaşını qeyd edir. ..


Tesla öz elektromobillərinin istehsalat xərclərini azaltmağın yolunu tapıb..

Verilmiş məlıumata əsasən Tesla şirkəti özünün Gigacasting adlı pressləmə texnologiyasının təkmilləş..


LG şirkəti 6G şəbəkəsində növbəti testini uğurla yekunlaşdırıb

LG şirkəti 6G şəbəkəsinin imkanlarını tədqiq etməyə davam edir.


Apple Vision Pro-nun sadələşdirilmiş versiyası ləğv edilmiş ola bilər

Apple şirkətinin Vision Pro adlı qarışıq reallıq (AR + VR / Mixed Reality) cihazının təqdimatından s..


Xiaomi Smart Band 8-in qlobal versiyası və Smart Band 8 Active təqdim edilib - Q..

Xiaomi şirkəti Xiaomi 13T smartfon seriyası və Xiaomi Watch 2 Pro smart saatı ilə yanaşı üstəlik Xia..


Xiaomi Watch 2 Pro flaqman smart saatı təqdim olunub - QİYMƏTİ

Xiaomi şirkəti Xiaomi 13T smartfon seriyası ilə birlikdə Xiaomi Watch 2 Pro flaqman smart saatını da..

×