main-post-cover

    Huawei uşaqlar üçün iki ekranlı yeni smart saatını anons edib

    Elm & Texnologiya
    01.12.2022
    Farid Pardashunas
        Huawei şirkəti uşaqlar üçün nəzərdə tutulmuş qeyri-adi smart saatı anons edib. Sözügedən smart saatın qeyri-adiliyi ondan ibarətdir ki, o, 2 ədəd ekrana sahibdir. İki ədəd ekran və sürətlə dəyişdirilə bilən kəmər hesabına Huawei Watch Children 5X adlı bu cihaz bir neçə saniyə ərzində smart saatdan adi saata çevrilir.  Bununla belə adi saat rejimində cihaz uzun çalışma müddətinə sahibdir. Huawei Watch Children 5X əslində şirkətin sabahkı təqdimat tədbirində təqdim olunmalı idi.
        Lakin Huawei sabahkı təqdimat tədbirini təxirə salıb. Xəbərin əvvəlində də qeyd edildiyi sözügedən smart saat iki ekran ilə tchiz olunub. Onlardan biri rəngli və sensorlu, digəri isə monoxrom LCD ekrandır. Ekranlar arasında keçidi reallaşdırmaq üçün sadəcə olaraq saat gövdəsini kəmərdən ayırıb tərs tərəfini yerləşdirmək lazım gələcək. Hər iki ekran videozənglər üçün nəzərdə tutulmuş kameraya sahibdir. Smart saatın digər texniki özllikləri barəsində məlumat yoxdur.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər