main-post-cover

    Huawei telefonlarında reklam göstərəcək: Şirkət Xiaomi-nin yolundan gedir

    Elm & Texnologiya
    17.01.2020
    Nijat Hamid
            Bildiyiniz kimi Huawei ilə Google şirkətinin arası açılmışdı. ABŞ qadağaları səbəbilə Huawei telefonlarında artıq Google servisləri olmayacağı üçün şirkət öz Huawei Mobile Services adını verdiyi alternativ servislərini hazırlayıb istifadəçilərə təqdim etdi. Bu gün açıqlanan məlumatlara görə isə şirkət Huawei Ads adını verdiyi yeni bir servis təqdim edəcək və servisin köməyi ilə telefonlarındakı EMUİ interfeysində istifadəçilərə reklam göstərəcək. Bu sizə bir yerdən tanış gəlir, elə deyilmi? 

    Huawei, Xiaomi kimi telefonlarında reklam göstərməyə başlayacaq. Huawei Ads servisi istifadəyə veriləcək.

            HMS (Huawei Mobile Services) Google alternativi olaraq Huawei tərəfindən hazırlanan tətbiqlər paketidir. İçində Qaleriya, Play Store bənzər tətbiq marketi, Musiqi tətbiqi kimi bir çox tətbiqlər və bu tətbiqlərin sinxron işləməsi üçün lazım olan Google Play Services alternativi Huawei Mobile Services tətbiqi var. Bunlara bir yenisi olan Huawei Ads servisi də qatılır. Beləliklə, EMUİ istifadə edən HonorHuawei markalı modellərin interfeysində Xiaomi Realme telefonlarında olduğu kimi reklamlar göstəriləcək.
            Xüsusiləşdirilmiş reklamlar üçün toplanan datalar Hong Kong Sinqapurdakı data mərkəzlərində toplanacaq. Əslində qısaca deyə bilərik ki, Huawei istifadəçi dataları qanuni şəkildə toplamağın yolunu tapdı. Həmçinin Hindistan, PakistanKoreya kimi dövlətlərdə bu datalar digər yerli şirkətlər ilə də paylaşılacaq. Qeyd edilənə görə, Huawei Ads servisi istifadəçilərin lokasiya məlumatlarını da toplayaraq onlara olduqları bölgəyə uyğun reklamlar göstərəcək. HMS dəstəkli ilk telefon Mate 30 Pro olacaq.
     
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər