main-post-cover

    Huawei şirkətinin növbəti naqilsiz flaqman qulaqlığının fotosu ortaya çıxıb

    Elm & Texnologiya
    15.03.2023
    Farid Pardashunas
        Çinin Weibo adlı sosial şəbəkəsində Huawei şirkətinin növbəti naqilsiz flaqman qulaqlıqarının fotosu ortaya çıxıb. Söhbət, Huawei FreeBuds Pro 2+-dan gedir. Bu yeni qulaqlıqlar keçən il təqdim edilmiş Huawei FreeBuds Pro 2-nin təkmilləşdirilmiş versiyaları olacaqlar. Ortaya çıxmış fotodan da görmək olar ki, yeni qulaqlıqlar keçən ilkilərdən xarici görünüşcə heç də fərqlənməyəcəklər. Məlumatda qeyd edilib ki, FreeBuds Pro 2+ modelinin əsas fərqləndirici özəlliyi ondan ibarət olacaq ki, o, bədən temperaturunu ölçə bilən sensor ilə təchiz olunacaq. Bununla yanaşı yeni qulaqlıqlar vakuum konstruksiyasını əldə edəcəklər və onların gövdələri IP54 standartı üzrə sudan qorunacaqlar. Onlarda ətraf səs-küyün aktiv boğulması funksiyası reallaşdırılacaq və qulaqlıqlar şarj keysi ilə birlikdə ümumilikdə 30 saat ərzində çalışa biləcəklər. Çox güman ki, Huawei FreeBuds Pro 2+ təqdimatı 23 mart tarixində Huawei P60 smartfon seriyası və qatlana bilən Huawei Mate X3 smartfonu ilə birlikdə baş tutacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər