main-post-cover

    Huawei şirkətinin mobil əməliyyat sistemi Android və iOS'dən daha sürətli olacaq

    Elm & Texnologiya
    08.07.2019
    Farid Pardashunas
        ABŞ ilə ticarət müharibəsinin fonunda Huawei şirkəti Android-ə alternativ olacaq fərdi əməliyyat sisteminin hazırlanmasına start vermişdi. Şirkətin əməliyyat sisteminin nə zaman istifadəyə veriləcəyi barəsində rəsmi açıqlama verilməsə də şirkətin yaradıcısı və CEO-su olan Ren Zhengfei bildirib ki, fərdi əməliyyat sistemi Google Android və Apple iOS əməliyyat sistemlərindən daha sürətli olacaq. Bu barədə Cnet saytna istinadən 4pda saytı xəbər verib.
        Fransanın Le Point adlı jurnalına müsahibəsi zamanı Ren Zhengfei bildirib ki, HongMeng OS-də iş zamanı əməliyyat sisteminin müəyyən əmrə reaksiyası 5 millisaniyə təşkil edir. Onun sözlərinə əsasən nəticədə yeni əməliyyat sistemi Google Android-dən əlavə olaraq həmçinin Apple iOS-dən də sürətli ola bilər. Ren Zhengfei bildirib ki, Google servislərindən imtina yolunda əsas problem Google Play-ə alternativ olacaq fərdi tətbiqlər mağazasının inkişafıdır.
        O etiraf edib ki, iOS ilə Android nəinki tətbiqlərlə zəngindir, həmçinin bu platformalar çoxlu sayda tərtibatçılara da sahibdirlər və həmin tərtibatçılar bu platformalara loyallıqlarını qoruyub saxlayırlar. Bir neçə müddət bundan öncə isə Huawei şirkəti özünün ekosisteminin inkişaf etdirilməsi üçün bütün tərtibatçılara əməkdaşlıq mövzusunda səslənmişdi.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər