main-post-cover

    Huawei şirkətinin fərdi əməliyyat sisteminin çıxış tarixi barəsində məlumat ortaya çıxdı

    Elm & Texnologiya
    13.06.2019
    Farid Pardashunas
        Bu yaxınlarda biz xəbər verdik ki, Huawei şirkəti öz əməliyyat sisteminin test olunması üçün artıq 1 milyon ədəd smartfon istehsal edib. İndi isə həmin əməliyyat sisteminin anons olunacağı vaxt barəsində məlumat ortaya çıxıb. Bu barədə Mydrivers saytına istinadən Gagadget saytı xəbər verib. Belə ki, Tianfeng Securities şirkətinin analitik Guo Minghao-nun sözlərinə görə Huawei öz əməliyyat sistemini bu ilin oktyabr ayına kiimi çıxartmağı planlaşdırır.
        Onun fikrincə şirkət ilk əvvəl fərdi əməliyyat sistemini yalnız büdcəli smartfon modellərinə inteqrasiya edəcək. Belə ki, şirkətin fərdi əməliyyat sistemi tətbiqlər mövzusunda məhdudlaşdırılmış ekosistemə sahib olduğu üçün o, flaqman smartfon modellərində istifadəçilərin tələbatlarını yerinə yetirə bilməyəcək.
        Bu cür büdcəli smartfon modelləri isə Mərkəzi və Şərqi Avropada satışa çıxacaqlar. Analitik onu da qeyd edib ki, əgər hər şey yolunda getsə və əməliyyat sistemi bu ilin payız fəslində işıq üzü görsə, Huawei şirkətinin 2019-cu il üzrə smartfon istehsalı 225 milyona çata bilər. Müqayisə üçün qeyd etmək lazımdır ki, 2018-ci ildə şirkət 200 milyon smartfon istehsal etmişdi.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər