Huawei şirkətinin bilinməyən smartfonu Geekbench testindən keçdi
Elm & Texnologiya
13.09.2019
Farid Pardashunas
Məşhur Geekbench bençmark saytının məlumatlar bazasında Kirin 990 prosessoru əsasında çalışan yeni Huawei smartfonunun test nəticələri ortaya çıxıb. Sözügedən smartfon diqqətəlayiq test nəticələri sərgiləyib. Maraqlısı isə ondadır ki, testdən kemiş smartfon Android 10 əməliyyat sisteminə sahibdir. Bu barədə Gizchina saytı xəbər verib. Testdən keçmiş adı bilinməyə smartfon həmçinin 8 GB RAM ilə də təchiz olunub. Geekbench-in birnüvəli testində bu smartfon 3842 xal, çoxnüvəli testində isə 11644 xal toplayıb. NLE-AL00 kod adına sahib bu smartfonun kommersiya adı məlum deyil. Lakin güman etmək olar ki, bu, təqdimata hazırlaşan Mate 30 seriyasına daxil olacaq smartfonlardan biridir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Huawei Pura 70 və Pura 70 Pro təqdim olunublar - QİYMƏTİ
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək