main-post-cover

    Huawei şirkətinin ABŞ texnologiyalarından asılılığına son qoyulma tarixi məlum oldu

    Elm & Texnologiya
    17.07.2019
    Farid Pardashunas
        Fransanın Challenges adlı jurnalı ilə müsahibə çərçivəsində Huawei France şöbəsinin baş icraçı direktorunun müavini Zhang Minggang şirkətin ABŞ-dan asılılığın tamamilə ortadan qaldırılması planından danışıb. O, şirkətin nə zaman ABŞ texnologiyalarından tamamilə imtina edəcəyini və bunun hansı nəticələrə gətirəcəyini bildirib. Bu barədə Gizchina saytına istinadən 4pda saytı xəbər verib. Huawei təmsilçisinin sözlərinə əsasən şirkət ən pis vəziyyətə hazırlaşır.
        Buna görə də şirkət hal hazırda ABŞ ilə Çin arasındakı ticarət müharibəsinin istənilən nəticəsini aradan qaldırmaq yolunda çalışır. Zhang Minggang qeyd edib ki, hal hazırki vəziyyətin qaldığı halında ABŞ texnologiyalarından tamamilə imtina etmək üçün şirkətə 2 il vaxt lazım olacaq. “Əgər vəziyyət olduğu kimi qalsa 2021-ci ildə bizim öz texnologiyalarımız olacaq. Biz öz B planımıza aktiv investisiyalar yatırmalıyıq” - deyə Huawei təmsilçisi bildirib.
        Zhang Minggang şirkət daxilində hansı texnologiyaların hazırlanmasından danışmayıb. Lakin nəticədə şirkət onlardan istifadə edərək ABŞ texnologiyalarından tamamilə imtina edə bilər. Bununla yanaşı o qeyd edib ki, nəticədə Huawei bu vəziyyətdən indiyinə kimi heç olmadığı qədər daha güclü şəkildə çıxacaq. Çünki şirkət nəticədə müstəqillik qazanacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər