main-post-cover

    Huawei şirkətinə qarşı olan ABŞ sanksiyaları uzun müddətə təxirə salınıb

    Elm & Texnologiya
    13.06.2019
    Emil Nəcəfov
        Reuters saytının verdiyi məlumata əsasən Ağ Evin administrativ-büdcə üzrə idarəetməsi ABŞ konqressinə Huawei şirkətinə qarşı sanksiyaların növbəti dəfə təxirə salınması qərarını bildirib. Bu barədə 4pda saytı xəbər verib. Sadəcə olaraq məlum olub ki, ABŞ-ın yerli şirkətləri Huawei şirkətinin məhsullarından belə tez imtina etmək gücündə deyillər.
        "Son bir neçə gündə konqress sözügedən qanunun 2 il ərzində reallaşdırılmasının vacibliyini tam aydın şəkildə bildirdi və biz buna əməl edəcəyik" - deyə Ağ Evin administrativ-büdcə idarəetməsinin direktor vəzifələrini yerinə yetirən Russ Vought bildirib. Keçən həftə Ağ Evin təmsilçiləri bildirmişdilər ki, ABŞ-ın ticarət nazirliyinin Huawei şirkətinə qarşı olan sanksiyalarının tətbiqinə daha çox zaman lazım olacaq. Həmin sanksiyalar ABŞ şirkətlərinə Huawei şirkətinin təchizatını alınmasına və istifadəsinə qadağa qoyur.
        ABŞ idarəsi isə bu qadağanın 2 ildən 4 ilə kimi təxirə salınmasını təklif edib. Nəticədə yerli şirkətlərin digər istehsalçıların texnologiyalarına keçid etmələri üçün sanksiyaların 2 il müddətinə təxirə salınması qərarı alınıb. Qeyd etmək lazımdır ki, sanksiyaların təxirə salınması Huawei şirkətinin yalnız telekommunikasiya təchizatı biznesinə aiddir. Huawei şirkətinin isə ABŞ şirkətlərinin aparat və proqram təminatlarının alınması və istifadəsinə qadağa 19 aqust tarixindən qüvvəyə minməlidir.
    Linki kopyala