Huawei şirkəti yaxın zamanda Google ilə əməkdaşlığı bərpa edə bilər

Huawei şirkəti yaxın zamanda Google ilə əməkdaşlığı bərpa edə bilər

Texnologiya
04.11.2019 PAYLAŞIM

    ABŞ ilə Çin arasındakı ticarət müharibəsi yavaş-yavaş sonlanmağa doğru gedir və bu öz növbəsində Google ilə Huawei arasındakı əməkdaşlığın bərpa olunmasına yardımçı olacaq. Bu cür bəyanatı ABŞ-ın ticarət naziri Wilbur Ross bildirib. Bu barədə Bloomberg saytı xəbər verib. Öz yeni bəyanatında Ross qeyd edib ki, ABŞ şirkətləri yenidən Huawei-yə öz texnologiyalarını təqdim edə biləcəklər. Nazirin sözlərinə əsasən ABŞ hökuməti Huawei ilə əməkdaşlıq icazəsi üçün müxtəlif şirkətlərdən 200-ə yaxın sorğu qəbul edib.

    Bundan əlavə olaraq Donald Trump da yaxın müddətdə ABŞ ilə Çin arasındakı ticarət müharibəsinin sonlanmağını istəyir. Qeyd edək ki, bu ilin may ayında ABŞ hökuməti Huawei şirkətini qara siyahıya əlavə etdi və ABŞ şirkətlərinə Huawei ilə əməkdaşlığa qadağa qoydu. Bunun nəticəsində Mate 30 flaqman seriyası da daxil olmaqla Huawei şirkətinin bir sıra smartfonları Google servisləri olmadan satışa çıxdılar. Bununla yanaşı Huawei ilə əməkdaşlığın dayandırılması nəticəsində ABŞ şirkətləri də külli miqdarda vəsait itkiləri ilə qarşılaşdılar.



SİZƏ MARAQLI OLACAQ BİR NEÇƏ MƏLUMAT


Redmi K30 5G rəsmi olaraq təqdim edildi - QİYMƏTİ

Bir neçə ay ərzində olmuş müxtəlif məlumat sızıntılarından sonra Redmi brendi sonunda Redmi K30 smar..


Galaxy S10 Lite, Note 10 Lite, A51, A71 smartfonlarının qiymətləri və satış tari..

Heç kim üçün sirr deyil ki, Samsung şirkəti hal hazırda Galaxy S10 Lite, Galaxy Note 10 Lite, Galaxy..


Xiaomi şirkəti ən böyük smartfon istehsalçıları reytinqinin ilk beşliyinə daxil ..

Diqqət çəkən sayda smartfon satışa çıxartmaqla Xiaomi şirkəti Huawei, Apple və Samsung ilə rəqabətə ..


Sony Xperia 3 flaqman smartfonu Geekbench testlərindən keçdi

Hələ sentyabr ayının sonunda məlum olmuşdu ki, Sony şirkəti yeni flaqman smartfon üzərində çalışır...


Windows 7 2023-ə qədər dəstək alacaq: Əgər 200 dollar versəniz

Microsoftun ən sevilən əməliyyat sistemi sözsüz ki, Windows 7-dir. Microsoft görünən odur ki, Windo..


Samsung az büdcəli 5G cihazlar üçün MediaTek ilə işləyəcək

5G texnologiyası bilindiyi kimi qismən bahalıdır. İstifadə edilən çiplər telefonların qiymətini arti..